İyul 29, 2019

Prezident Fransanın İqtisadiyyat və Maliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Ardını oxu »

Türkiyənin Bələdiyyə üzvləri Gəncədə bir sıra görüşlər keçiriblər

Türkiyənin İzmir Böyükşəhər və Çiğli Bələdiyyəsinin üzvləri Tulin Koç, Deniz Bektaş və Gülsün Özünal Derse Gəncədə işgüzar səfərdə olublar. Görüşdə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova da iştirak edib. Xarici qonaqlar burada bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Səfərin əsas məqsədi Gəncə və Bakıda müxtəlif işgüzar görüşlər keçirmək, bələdiyyələrlə görüşərək təcrübə mübadiləsi etmək və gənlər sahəsində müxtəlif layihələrin birgə icrasını həyata keçirməkdir.

Ardını oxu »

Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin inşası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş “Əlavələr”in icrası ilə əlaqədar rayon ərazisində məskunlaşmış 563 məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonun Xırdapay kəndinin ərazisindən 13 hektar torpaq sahəsi ayrılmış, hazırda 563 məcburi

Ardını oxu »

Sahil Babayev Göyçayda, müavinləri Ağsu və İsmayıllıda vətəndaşlarla görüşdülər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Nazirlikdən verilən məlumata görə, S.Babayev vətəndaşlarla görüşündə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi iki sosial islahat paketinin uğurlu nəticələrini diqqətə çatdırıb, minimum pensiyanın və əmək haqlarının, müavinət və təqaüdlərin ciddi şəkildə artırıldığını vurğulayıb.

Ardını oxu »

3 min 800-dən çox abituriyentə pis xəbər

“III ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 15074 abituriyent var. Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150 ballıq ixtisas seçiminə icazə verilən 2391 abituriyent var”.

Modern.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. 

O deyib ki, ümumilikdə 150  baldan yuxarı III ixtisas qrupunda 17465 abituriyent ixtisas seçiminə buraxılıb: 

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory