Sentyabr 2020

“Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”

 "Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur"<b style="color:red"></b>

Türkiyə F-16-sının Ermənistanın SU-25 təyyarəsini vurması barədə bizim məlumatımız yoxdur. Mənə indicə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində aparıcının əməliyyatlarda Türkiyənin iştirakı barədə sualını cavablandırarkən bildirib.

Ardını oxu »

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Milli Məclisin payız sessiyasının ilk iclası başladı<b style="color:red"></b>

Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb. APA-nın məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik  işləri planı haqqında.

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı Komissiyasının üzvünün seçilməsi haqqında.

Ardını oxu »

“Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq”

“Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq”<b style="color:red"></b>

“İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi həmişə şəffaf və aydın olub. İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır. İşğala son qoyulmasının bölgədə sabitliyə səbəb olacağına inanırıq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezii Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında deyib.

Ardını oxu »

Fransa prezidenti Qarabağdakı vəziyyəti Tramp və Putinlə müzakirə edəcək

Fransa prezidenti Qarabağdakı vəziyyəti Tramp və Putinlə müzakirə edəcək<b style="color:red"></b>

Fransa prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlərin yenidən başlamasını ABŞ prezidenti Donald Tramp və Rusiya prezident Vladimir Putinlə müzakirə edəcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Ardını oxu »

Hərbi vəziyyət elan edilməsi haqqında

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Ardını oxu »

Baş Prokurorluq: Ermənistan ordusunun top atəşi nəticəsində Naftalan rayonunda bir ailənin beş üzvü həlak olub

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmaqla Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub: “Dərin kədər hissi ilə bildiririk ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonunun Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun ailəsinin dörd üzvü həlak olub.

Ardını oxu »

Pambıqyığan maşınlar start xəttindədir

Əl ilə yığım davam edir

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət səviyyəsində məqsədyönlü silsilə tədbirlər uğurla davam edir.

Bu sırada aqrar sektora böyük önəm verilir. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, xüsusilə pambıqçılıqda, üzümçülükdə, baramaçılıqdakı əvvəlki şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələrinin nəticələri Azərbaycan kəndində son illər fərqli mənzərə yaratmışdır.

Ardını oxu »

Mövlud Çavuşoğlu: Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik

Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sosial şəbəkə hesablarında etdiyi paylaşımda yer alıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olduğunu xatırladan nazir əlavə edib: “Mən də Azərbaycanın Xarici İşlər naziri, qardaşım Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə danışdım.

Ardını oxu »

Ali Baş Komandan İLHAM ƏLİYEV: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!”

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.Prezident İlham Əliyevinçıxışı

– Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

Ardını oxu »

Akademik Adil Qəribovun biblioqrafik göstəricisi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) akademik Adil Qəribovun biblioqrafik göstəricisini hazırlayıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, ixtisas redaktoru və məsləhətçisi MEK-in direktoru Sevil Zülfüqarova, tərtibçiləri k.e.d., prof. Teymur Ağayev, fil.ü.f.d., dos. Şəhla Tahirqızı, k.ü.f.d. Cəlal Nağıyev, f.ü.f.d. Günel İmanova, Aydan Qəribli və Səbinə Məmmədovadır.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 6
  • 2
  • 322
  • 2,654
ILK-10 Azeri Website Directory