Sentyabr 1, 2020

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Ardını oxu »

Hər kəs qanun qarşısında bərabərdir

Prezident İlham Əliyev bütün vətəndaşları pandemiya dövründə qaydalara riayət etməyə, məsuliyyətli olmağa çağırdı

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları sürətlə və geniş miqyasda artmaqda davam edir. Bəşəriyyət aylardır qlobal pandemiyaya qarşı savaşa qalxsa da, hələ qalib çıxa bilmir. Görünən odur ki, peyvənd tapılana qədər vəziyyət belə də davam edəcək.

Ardını oxu »

Magistraturanın boş qalan yerlərinə proqram və ixtisaslaşma seçimi başa çatdı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçi­rilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Ardını oxu »

Rezidenturaya qəbul imtahanınında iştirak etmək üçün qeydiyyat başlayır

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün sentyabrın 1-dən 7-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Ardını oxu »

Lavrov: Qarabağ münaqişəsinin tənzimlənməsi üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb. Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib.

O bildirib ki, Rusiya müxtəlif münaqişələrin tənzimlənməsi üçün şərtlərin yaradılması üzrə beynəlxalq səylərdə iştirak edir:

Ardını oxu »

Prezident İlham Əliyev: Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik və edirik

Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək.

Ardını oxu »

“AzerGold” “Daşkəsən” dəmir filizi yatağında geoloji kəşfiyyat proqramının icrasına başlayır

“AzerGold” QSC (QSC) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayır.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold” tərəfindən yatağın qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat proqramı tərtib edilib.

Ardını oxu »

Nəsimi rayonu: Sakinlərlə görüş

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif   Əsgərov Cavadxan küçəsi 10,12,16,18 və  26 saylı  ünvanlarda    aparılan  abadlıq-quruculuq işləri ilə  tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.

Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri  uğurla həyata keçirilir.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory