Sentyabr 2, 2020

Paşinyanın növbəti təxribatı

Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur

Nikol Paşinyanın son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağa səfərləri göstərir ki, erməni separatçısı baş nazir səviyyəsinə hələ də yüksələ bilməyib. Son aylarda hərb meydanında aldığı sarsıdıcı zərbələrdən sonra Ermənistanda etirazların artması və bir sıra siyasi qüvvələrin radikal fikirlər söyləməsi Paşinyanı qorxudub.

Ardını oxu »

Azərbaycan vətəndaşlarının 90.8 faizi Prezidentə tam etibar edir – Sorğu

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.

Hesabat 2020-ci ilin ikinci rübünü – aprel-iyun aylarını əhatə edir. Respondentlərin Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.

Ardını oxu »

“Azərbaycanın heç bir kənar qüvvəyə ehtiyacı yoxdur”

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın “Nezavisimaya qazeta” nəşrində çıxmış məlumatı şərh edib.

XİN-dən verilən xəbərə görə, L. Abdullayeva bildirib ki, növbəti dəfədir Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılması müşahidə edilir: “Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk.

Ardını oxu »

“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti ləğv ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə sərəncam imzaladı

Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ardını oxu »

Gəncənin icra başçısı vətəndaşları onlayn qaydada qəbul edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlayn qaydada vətəndaş qəbulu keçirib. Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Qəbula yazılan vətəndaşların səsləndirdikləri müraciətlər işlə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması, torpaq sahəsinin  hasarlanması və mətbəx tikintisinə icazə verilməsi, fərdi evin sənədləşdirilməsi və digər məsələlərdən ibarət olub.

Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiattı qurumlar üzrə yönləndirilib.  Eyni zamanda, Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Sonda Niyazi Bayramov vətəndaşlara müraciət edərək Gəncənin sərt karantin rejimindən çıxmasına baxmayaraq Operativ Qərargahın tapşırıqlarına riayət etmələrini bir daha xatırladıb. Sağlamlıqlarını qorumaq üçün özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını və şəxsi gigyenik qaydalara əməl etmələrini tövsiyə edib.

Zamanın yeni çağırışlarına cavab verən hüquq islahatları

Vəkillik institutunun cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmlənir

Sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsini yaşayan müstəqil Azərbaycanın hazırkı inkişaf trendinin səciyyəvi cəhətlərindən biri də səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi, eləcə də müasir məhkəmə-hüquq sisteminin formalaşdırılmasına xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsidir.

Ardını oxu »

BMT-dən İlham Əliyevə növbəti dəstək

Təşkilatın Baş Assambleyasının rəhbəri bəyan edib ki, Azərbaycan Prezidentinin xüsusi sessiya təklifi beynəlxalq səylərin səfərbər edilməsində etibarlı təməl olacaq

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 4
  • 3
  • 291
  • 2,804
ILK-10 Azeri Website Directory