Sentyabr 3, 2020

Bal arısının zəhəri süd vəzisi xərçəngi əleyhinə ən güclü vasitədir

Çox böyük ehtimalla, alimlər qadınlarda ən çox yayılan xərçəng xəstəliyi ilə mübarizədə köməklik edən səmərəli dərman əldə etməyə nail olacaqlar.
Avstraliyanın Qarri Perkins Tibbi Araşdırmalar İnstitutunun alimləri aşkar ediblər ki, bal arısı zəhərindəki bir maddə döş xərçənginə qarşı “son dərəcə güclü” bir silah olaraq istifadə edilə bilər.
AZƏRTAC nat-geo.ru saytına istinadla bildirir ki, kəşfin müəllifləri son bir neçə ildir arı zəhərinin terapevtik potensialını araşdıran Siara Daffinin rəhbərlik etdiyi tədqiqatçılardır.

Ardını oxu »

“Ermənistan yenə də riyakarlıqla məşğuldur”

“Təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır”.

Ardını oxu »

9 illik orta təhsil bazasından kolleclərə ixtisas seçimi başlayıb

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2020/2021-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

Ardını oxu »

Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi – STATİSTİKA

Dünyada 26 182 808 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Adalet.az-ın onlayn statistikasında qeyd edilir. Virusa yoluxan 867 362 xəstə ölüb, 18 447 188 nəfər sağalıb. Yoluxma sayına görə ilk üçlüyə 6 290 737 yoluxma ilə ABŞ, 4 001 422 yoluxma ilə Braziliya, 3 853 406 yoluxma ilə Hindistan daxildir.

Ardını oxu »

Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq.

Fonddan Adalet.az-a verilən məlumata görə, Türkiyənin tanınmış media təlimçiləri – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık və “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcəkdir.

Ardını oxu »

İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış olublar.

Ardını oxu »

Şamaxı: Məhsul istehsal olunub

Şamaxı rayonunda kartof yığımı başa çatıb və sahələrdən 2233,5 ton məhsul götürülüb.

Cari ildə fermerlər və fiziki şəxslər tərəfindən 326 hektarda kartof yetişdirilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çox olub. Məhsul istehsalında da 39,8 ton artım qeydə alınıb.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory