Sentyabr 5, 2020

Müstəqil Azərbaycanın informasiya mühitində kitabxanalar

Azərbaycan kitabxanalarının informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlara, hüquqi qanunvericilik aktlarına, demokratik prinsiplərə əsaslanan milli informasiyalaşdırma siyasəti əsasında modernləşdirilməsi zamanın tələbidir. Azərbaycanın müstəqillik dövrünün kitabxanaları milli və bəşəri intellektual resurslara yiyələnərək, bu resursların modern xidmət servisini təqdim edən mərkəzlər kimi formalaşmaqdadır.

Ardını oxu »

Tahir Rzayev: “Prezident dünya siyasətində öz sözünü deyən bir liderdir”

Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu gün dünya siyasətində öz sözünü deyən bir liderdir. O, həm rəhbər kimi, həm siyasətçi kimi, nəinki Azərbaycan xalqının mənafeyi, eləcə də dünyada şöhrət qazanmış bir siyasətçi kimi, bütün xalqların azad, xoşbəxt, sülhsevər şəraitdə yaşamasının tərəfdarıdır. Bu diplomat üçün xas olan ən başlıca keyfiyyətdir. Siyasətçi üçün bu çox böyük bir önəmdir ki, təkcə öz xalqını düşünmədən, bəşəri ideyalar, bəşəri amallar uğrunda mübarizə aparasan. Bu sözləriSİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Ardını oxu »

İlham Əliyevdən növbəti diplomatiya dərsi, qətiyyət və cəsarət örnəyi

Prezident Yunanıstanın Azərbaycana və Türkiyəyə qarşı mövqeyini sərt tənqid etdi, münasibətlərin müsbət məcraya yönəlməsinin konturlarını göstərdi

Azərbaycanın son illər beynəlxalq imicinin yüksəlməsi, respublikamızın ən ali səviyyəli tədbirlərdə ön cərgədə iştirakı, qlobal miqyasda ölkəmizin rəyi ilə hesablaşılması və digər belə qürurverici olaylar, əlbəttə ki, hansısa təbii proseslərin nəticəsi deyil. Bu nailiyyətlər birbaşa olaraq ölkə liderinin – cənab İlham Əliyevin fövqəladə fəaliyyətinin, nümayiş etdirdiyi qeyri-adi əzmkarlığının, rəhbərlik qabiliyyətinin, yüksək diplomatik bacarığının, ən əsası isə, qətiyyət və cəsarətinin məntiqi yekunudur.

Ardını oxu »

Ermənistanın Azərbaycana qarşı təxribatları ABŞ-ın məşhur radio verilişində müzakirə edilib

ABŞ-da geniş nüfuza malik və Nyu-Yorkdan bütün Amerika ərazisinə yayımlanan Con Batçelor Şou radio proqramında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə son zamanlar Yaxın Şərqdə normallaşma proseslərinin məhz Azərbaycanın nümunəsinə əsaslanması qeyd olunub.

Ardını oxu »

Karantinlə əlaqədar daha bir məhdudiyyət aradan qaldırıldı

“Koronavirusla bağlı ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar bu ilin mart ayının 31-dən etibarən boşanmış valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudiyyətlər qoyulmuşdu”.

Bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.

Onun sözlərinə görə, artıq ölkədə koronavirusa yoluxma sayının azalması ilə əlaqədar tədricən karantinin yumşalması həyata keçirilib:

Ardını oxu »

Moskvada Müdafiə nazirlərinin iclası keçirildi – Yenilənib

Rusiyada MDB, Şanxay Əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatlarına üzv olan ölkələrin müdafiə nazirlərinin birgə iclası keçirilib.

Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 12 ölkənin müdafiə naziri iştirak edib.

Bundan başqa birgə iclasda MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və  KTMT-nin baş katibi Stanislav Zas iştirak ediblər.

Ardını oxu »

5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında əməliyyat keçirildi

Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib.

Ardını oxu »

Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Şurasına müraciət edib

Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsini daha da gücləndirir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın bu məkrli siyasətini ifşa edən məktub ünvanlayıb.

Ardını oxu »

Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi qardaş ölkənin KİV-lərinin manşet xəbərinə çevrilib

Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib.
Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “Sözcu”, “Takvim”, “Star” və digər qəzetlər “Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi:

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory