Sentyabr 7, 2020

Ermənistanın məqsədi Azərbaycanın işğal edilmiş ərazilərinə terrorçu dəstələr yerləşdirməkdir

Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma cəhdi dünyadakı ikili standartların nəticəsidir. Əgər aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu vaxtında işğalçı tərəfə qarşı beynəlxalq hüquqla müəyyən edilən tədbirlər görsəydi, bu gün Ermənistan Livandakı erməniləri Dağlıq Qarabağa köçürmək kimi xəyallara düşməzdi.

Ardını oxu »

İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ardını oxu »

TÜRKÜN HƏM QIZI, HƏM ANASI

Türkiyə bugün sözdə muxtariyyət istəyən və onlarla əməkdaşlıq eləyən şəxslərin işinə yarayacaq saxta azadlıqla başlarını aldatmaqla parçalanmanın kandarına itələnməkdə (hətta deyərdim ki, parçalanmanın içindədir), dini şəxsi mənafeləri üçün istifadə edənlər Cümhuriyyətin varlığını zədələmək, yox etmək üçün çalışmaqdadır. Bugün türklüyə, milli varlığa, türk kimliyinə qarşı məkrli bir Səlib yürüşü başlanıb. Türkiyənin başının üstünü qara buludlar alıb. Türkiyə layiq olmadığı əzab-əziyyətli günləri yaşayır.

Ardını oxu »

Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir

“Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər.

Ardını oxu »

Naftalan şəhəri ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yeri aşkar edilmişdir

Dünyada maraq doğuran turizm yerləri əsasən arxeoloji qazıntılar zamanı üzə çıxan qədim mədəniyyət abidələridir.  Qədim tarixə və mədəniyyətə malik ölkəmizin həm də hər bir bölgəsinin özünəməxsuslığu vardır. 
    Naftalan şəhəri də dünyada müalicəvi nefti ilə məhşur kurort şəhəridir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Arxeoloji qazıntılar  Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.

Ardını oxu »

Günümüzün qəhrəmanları!

Gəncədə Niyazi Bayramovun tapşırığına əsasən, abadlıq quruculuq işləri geniş vüsət alıb. Şəhərdə demək olar ki, hər gün təmizlik işləri aparılır, park və xiyabanlarda qurumuş ağaclar budanır, yaşıllıqlar salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, səkilər, yollar məişət tullantılarınnan təmizlənir. Eyni zamanda COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün hər gün dezinfeksiya işləri görülür

Ardını oxu »

General Polad Həşimovun xatirəsinə həsr olunan mini-futbol yarışmasının final məhələsi keçirilib

“Şəhid General-mayor​ Polad Həşimov”un xatirəsinə həsr olunmuş həvəskarlar arasında keçirilən mini-futbol üzrə Gəncə şəhər çempionatının final mərhələsi baş tutub. Finalda​ 1-ci və 2-ci yerlər​ üçün “Acces Bank” QSC-nin Gəncə filialının və​ “Turan Bank” ASC-nin Gəncə filialının​ komandaları,3-cü və 4-cü yerlər üçün isə​”Bank Respublika” ASC-nin Gəncə filialının və​ “Rabitə Bank” ASC-nin Gəncə filialının komandaları mübarizə aparıblar.

Ardını oxu »

Türkiyə-Azərbaycan təlimləri – düşmənə göz dağı verdi

– Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.

– Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Ardını oxu »

Tibbi-sosial ekspert komissiyasının sədri həbs edildi

Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsi sferasının müasir tələblərə uyğunlaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi, onların rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.

Ardını oxu »

“Azərbaycan Qoşulmama Hərəkatının mövqeyini alqışlayır”

“Sentyabrın 6-ı Qoşulmama Hərəkatının yaranma günü idi. İdeoloji əsasını 1955-ci ildə qəbul edilmiş Bandunq prinsipləri təşkil edən Hərəkat 1961-ci il sentyabrın 6-da Belqradda təsis edilib.

“Soyuq müharibə” illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multulateralizmi müdafiə edən Qoşulmama Hərəkatı “soyuq müharibə” bitdikdən sonra da öz aktuallığını itirməyib”.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 4
  • 3
  • 291
  • 2,804
ILK-10 Azeri Website Directory