Sentyabr 8, 2020

“Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı cinayətdir” – Prezident İlham Əliyev İranın yeni səfirinin etimadnaməsini qəbul edərkən deyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Seyid Abbas Musəvi deyib:

Ardını oxu »

Azərbaycan-İran ikitərəfli münasibətləri sürətlə inkişaf edir

Prezident İlham Əliyev: Azərbaycan-İran ikitərəfli münasibətləri sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

AZƏRTAC Prezident İlham Əliyevin görüşdəki çıxışında Azərbaycan-İran ikitərəfli münasibətləri ilə bağlı fikirlərini təqdim edir.

Ardını oxu »

Vilyam Hacıyev Prezidentə müraciət etdi – Mətn

Həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edərək bağışlanmasını xahiş edib.

PİA.az həmin müraciəti təqdim edir: Mən vəkil, Y.İsmayılov hal hazırda İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin hüquqlarını müdafiə edirəm. Vilyam Hacıyevin açıq şəkildə Dövlətimizin başçısına müraciəti var. Onun dediklərini Sizə çatdırıram.​İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq müraciəti.

Ardını oxu »

Prezident İranın yeni səfirini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.Azvision.az xəbər verir ki, etimadnaməsini Prezidentİlham Əliyevə təqdim edən səfir Seyid Abbas Musəvi dedi: 

-Cənab Prezidentİranİslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi etimadnaməmi və sələfimin geri çağırılma məktubunu Zati-alinizə təqdim etmək mənim üçün şərəfdir. Eləcə də icazə verin İranİslam Respublikasının Prezidenti doktor Həsən Ruhaninin ən səmimi salamlarını Sizə çatdırım. Təşəkkür edirəm.

Ardını oxu »

Vətən sevgisi Fərmanı şəhidlik zirvəsinə ucaltdı

Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Elə dünyada ən böyük qəhrəmanlıq da məhz vətən naminə edilib. Tarixə nəzər salanda görürük ki, elimizin, obamızın ən gözəl ənənələrindən biri də torpağa, ana yurda bağlılıqdır. Bu baxımdan ölkəmizin Vətən uğrunda, torpaq uğrunda canından keçən saysız-hesabsız qəhrəmanları var. Bu gün də həmin qəhrəmanların davamçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda sinələrini Vətəni qorumaq naminə sipər ediblər.

Ardını oxu »

Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi

Ermənistanda 2019-cu ildə 5 milyon dram məbləğində girov müqabilində həbsdən azad edilmiş səhiyyə nazirinin keçmiş müavini Vaan Poqosyana qarşı yeni ittihamlar irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, sabiq müavinə qarşı ötən ilin martında Vərəmlə Mübarizə üzrə Milli Mərkəzdə maxinasiya faktı üzrə cinayət işi qaldırılıb. 2019-cu ilin martında Poqosyan məhkəmənin qərarı ilə 5 milyon dram məbləğində girov müqabilində azadlığa buraxılıb.

Ardını oxu »

Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək

Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev,  parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Ardını oxu »

DSMF-də növbəti struktur dəyişikliyi edilib

Pensiya təminatı üzrə xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə idarəçiliyin optimal əsaslarla təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin olunmuş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 16
  • 12
  • 298
  • 2,692
ILK-10 Azeri Website Directory