Sentyabr 9, 2020

Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları maarifləndirmə tədbirlərini davam etdirirlər

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yenidən geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq maarifləndirmə işləri aparırlar.

Ardını oxu »

Görülən işlərə layiq olduğu qiyməti verməliyik

Həyat gözəldir. Ondan zövq alıb yaşamaq daha mənalı olur. Dövlət başçısı da məhz buna çalışır. Aparılan sosial-iqtisadi, mədəni siyasət də ölkə vətəndaşlarının yüksək rifah içində, sağlam yaşamasına xidmət edir. Bu, həm də insanları vətəni, el-obanı sevərəkdən yaşatmasına, onu düşməndən qorumasına sövq etdirir.

Həyatı bir az da gözəlləşdirmək, yaranmışların əşrəfi olan insanları daha yaxşı yaşatmaq, gün-güzəranlarını daim yaxşılaşdırmaq, ölkəni inkişaf etdirmək – bütün bunlar dövlətimizin sosial siyasətinin əsasını təşkil edir. Respublikamızda son illər kənd təsərrüfatında, sənayedə, nəqliyyatda, tikinti-quruculuq və abadlıq işlərində qazanılan uğurlar elə bunun nəticəsidir.

Ardını oxu »

Təhsil strateji hədəfimizdir

Təhsil tarixin bütün dövrlərində cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edib. İndiki mərhələdə isə heç bir zamanda olmadığı qədər müstəsnalıq daşıyır. Gələcəkdə, şübhəsiz ki, təhsilin rolu, əhəmiyyəti daha da artacaq. Bu da təsadüfi deyil. İnsanların həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın ilkin şərti məhz keyfiyyətli təhsildir. Daim tərəqqi edən iri dövlətləri bu gün qərar tutduqları səviyyəyə gətirib çıxaran təbii resurslarla yanaşı, məhz bilik, savad, nüfuzlu ali məktəblər və elmin inkişafıdır.

Ardını oxu »

İlham Əliyevin milli maraqlara söykənən qətiyyət nümayişi

Prezident istənilən dövlət başçısı, istənilən diplomatla müzakirələrdə xalqı narahat edən bütün məsələləri qaldırır, həqiqətləri səsləndirir

Tarixin bütün dövrlərində hər bir dövlətin yüksəlişində siyasi liderlərin çox böyük rolu olub. Dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və prinsipiallıq liderlərin fəaliyyətinin ana xəttini təşkil edib.

Ardını oxu »

Yeni dərs ilində 1574206 şagirdin təhsil alacağı gözlənilir

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1574206 şagirdin təhsil alacağı gözlənilir.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, sagirdlərin ümumi sayından 733279 nəfəri qız, 840927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132734, XI-XII-ci sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ardını oxu »

Əbülfət Mədətoğlu kitabının adını niyə “ancaq O” qoydu…

Ədəbiyyata çoxları gəlib, elələri olub ki, ədəbiyyatın qapısını birdəfəlik örtüb və çıxıb gedib. Amma getməyənlər də, ədəbiyyatın zülmünə, məşəqqətinə, məhrumiyyətlərinə, bir çox halda ədalətsizliyinə dözüb sözünü təsəlliyə çevirib qalıb. Əvvəlcə sözünü, sonra isə özünü tanıdığım bənzərsiz şair-publisist, respublikanın əməkdar jurnalisti Əbülfət Mədətoğlu sonunculardandır, ədəbiyyatın ədalətsizliklərinə dözüb, ondan ədalət gözləməyənlərdən. Əslində, ədəbiyyatdan ədalət ummağın özü mənasızdır.

Ardını oxu »

Himalay Məmişov: “DSMF-nin maliyyə dayanıqlılığı gündən-günə daha da möhkəmlənir”

“525”İN MÜXBİRİNİN SUALLARINA ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ YANINDA DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU İDARƏ HEYƏTİNİN SƏDRİ HİMALAY MƏMİŞOV CAVAB VERİR

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə dövlət tərəfindən əhalinin maddi rifahının daha da yaxşılaşdırılması məqsədilə sosial sahəyə göstərilən diqqət və qayğı son illər müsbət nəticələr verməkdədir.

Bu istiqamətdə digər dövlət və hökumət strukturları ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeçiliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) üzərinə böyük məsuliyyət düşür.

Ardını oxu »

Öz yükünü özün daşı!.. – Türkan Turan yazır

Türkan TURAN

Mark Tven insanı üzü qızaran tək canlı adlandırır və burda bir “qızarmaq məcburiyyətində qalan” ifadəsini də əlavə edir…

Hər kəs düşünə bilər ki, bu, vicdan və şüur sahibi olduğumuza görədir. Məncə, belə deyil. Çünki digər canlılardan fərqli olaraq insanın əzmək, incitmək, istifadə etmək, damğalamaq, suçlamaq, şərləmək, qara yaxmaq potensialı var. Əslində, bunlardır üzü qızardan. Ancaq daha betər əməllər törədən tükü belə tərpənməyənlər var. Ümumiyyətlə, insan qarmaqarışıq, düyün-düyün düşmüş yumaq kimi çətin, dolaşıq məxluqdur. Məsələn, son günlərə nəzər yetirək.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 15
  • 11
  • 297
  • 2,691
ILK-10 Azeri Website Directory