Sentyabr 10, 2020

MUSİQİ RUHUNDAN DOĞAN ÜMİD

İrfan elmi dairələrində belə bir fikir mövcuddur ki, musiqi insandan öncə və sonra var olan təbiət fenomenidir. Bəstəkarlar isə kainatdakı səsləri duya və ustalıqla nota yaza bilən Tanrı tərəfindən seçilmiş fövqəlbəşərlərdir. Lakin bizim dünyamızda musiqi, musiqi yaradıcılığı sisteminin mühüm tərkib hissəsi olan, ifaları ilə əsərə daha böyük duyğusallıq, həssaslıq, canlılıq, anlaşıqlılıq, bədii tərtibat və obyektiv gerçəkliyi tanımağın yeni yollarını aşılayan ifaçı-musiqiçilər sayəsində yaşayır.

Ardını oxu »

Ali məktəblərə ixtisas seçimi başladı

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. İxtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Ardını oxu »

Milli Məclisin komitə iclasında uşaq pulu məsələsi qaldırıldı

“Uşaq pulu verilməlidir, yoxsa yox? Bu məsələyə nəhayət nöqtə qoyulmalıdır”.

Bunu bu gün  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, aidiyyəti qurumlarla bu məsələni müzakirə edib, yekun mövqe ortaya qoymaq lazımdır.

Ardını oxu »

Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verilib

Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə hər vəchlə vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir.

Ardını oxu »

Qazax: Ümumtəhsil məktəblərində tədris ilinə ciddi hazırlıq işləri görülür

Qazaxda 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli Qərarından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Rayon icra hakimiyyətinin məsul işçiləri və təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bir sıra vacib məsələlərə toxunulmuşdur.

Ardını oxu »

Tərtər: Rayonda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün reydlər davam etdirilir

Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup yaradılıb.

Mobil qrupun üzvləri tərəfindən koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı növbəti dəfə reyd keçirilib.

Ardını oxu »

Ağdaş: Son tamamlama işləri gedir

Heydər Əliyev Fondu fəaliyyətə başladığı son 16 il ərzində ölkəmizin təhsil, səhiyyə, mədəniyyət  müəssisələrinin tikintisi və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək müasir cəmiyyət quruculuğu proseslərində fəal iştirak edir.
Fond tərəfindən gerçəkləşdirilən layihəyə uyğun olaraq ötən ilin sonlarından başlayaraq rayonda  qəzalı vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə hazırlıq işləri həyata keçirilmiş, bu məqsədlə cari ilin əvvəlindən başlayaraq 6 nömrəli şəhər körpələr evi-uşaq bağçası üçün 60 yerlik yeni binanın tikintisinə başlanılmışdır.

Ardını oxu »

Pirallahı: Türkiyə-Azərbaycan əməkdaşlığı diplomatiyada dostluğun və qardaşlığın təcəssümüdür

Qədim köklərə malik dili, dini, milii dəyərləri, flokloru, adət ənənəsi  və milli məişət tərzi eyni olan iki qardaş dövlət  tarix boyu bir birinə dəstək vermişdir. Müsair dünyamızda çətin geosiyasi  oyunların getdiyi bir coğrafiyada Türkiyə Azərbaycan münasibətləri hər zaman yüksələn xətt üzrə inkişaf etmiş və bütün sahələrdə hərbi, iqtisadi mədəni, sosial və siyasi arenada mövqelərimiz eyni olmuşdur.

Biz bu əməkdaşlıqdan hər zaman məmnunluq hissimizi ən yüksək formada bildirmişik. Hələ 20-ci əsrin əvvəllərində Erməni daşnakların hücumuna məruz qalan Azərbaycan əhalisinə yardıma gələn və torpaqlarımızı erməni daşnaklardan azad edən türk ordusuna minnət hisslərimizi bütün nəsillər xatırlayır.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory