Sentyabr 11, 2020

Sağlam nəsil, sağlam gələcək

“Gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs vardır. Ümumiyyətlə, könüllülük işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar vardır. Onlar gələcək fəaliyyətlərində də əlbəttə ki, bu təcrübədən istifadə edəcəklər”.

İlham ƏLİYEV

Dəyərlərin əzəməti

Ehtiyacı olana kömək göstərmək xalqımızın ruhundadır. Bu torpaqlarda yaşayan insanlar əsrlərdir ki, könüllülüyü bir dəyər kimi yaşadıb, əmanət olaraq nəsillərdən-nəsillərə ötürüb.

Ardını oxu »

Vətəndaş maraqlarına xidmət edən mütərəqqi sosial müdafiə sistemi

image description

İlham ƏLİYEV: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Sosial tərəqqi, həyat səviyyəsinin hər hansı göstəricisini əsas götürərək cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz məqsəd və vəzifələrinə uyğun sosial siyasəti formalaşdırır və həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını bəyan edir. Dünyada baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir. Sosial siyasətin qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var.

Ardını oxu »

Təhsil müəssisələrində dərslər növbəli qaydada həyata keçiriləcək

Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Ardını oxu »

Gəncənin küçə və prospektlərində abadlıq işləri aparılıb

Gəncədə aparılan abadlıq işləri çərçivəsində bir sıra küçə və prospektlərdə təmizlik, budanma və asvalt örtüyünün bəzi nahamar hissələrinin yenilənməsi işləri aparılıb. Bununla yanaşı, Heydər Əliyev prospektində, Şah İsmayıl Xətai prospektində və bir neçə başqa küçələrdə təmizlik işləri görülüb.Təmizlik işlərinə 6,7 və 11 saylı MİS-nin əməkdaşları cəlb olunub.

Görülən bütün işlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında, MKTİB-nin əməkdaşları tərəfindən aparılır. 

Ardını oxu »

Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq

Məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarını ödəməyənlərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilən Mülki Prosessual Məcəllə və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Ardını oxu »

Fərdi sahibkarlara vəsaitlərin köçürülməsinə başlanılıb

Azərbaycan Nazirlər Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, ikinci maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə görə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyicilərinə ayrılacaq maliyyə vəsaitinin köçürülməsi üçün müvafiq məlumatlar Maliyyə Nazirliyinə təqdim edilib. Növbəti ödəmələr çərçivəsində 21 712 vergi ödəyicisinin 223 799 muzdlu işçisinə görə 50 mln. manat vəsaitin köçürülməsi nəzərdə tutulur.

Ardını oxu »

Qəbələ: növbəti onlayn qəbul keçirilmişdir

Koronavirus (COVİD 19) pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq, sentyabrın 11-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilmişdir.

Qəbul zamanı vətəndaş məmnunluğu gözlənilmiş, müraciətləri dinlənilərək onların bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Ardını oxu »

Goranboy: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri surətlə davam etdirilir

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhər  Olimpiya-İdman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü.
İcra Başçısı  tikinti işlərinin surətlə və keyfiyyətlə aparılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 15
  • 11
  • 297
  • 2,691
ILK-10 Azeri Website Directory