Sentyabr 14, 2020

Ermənistan tarix boyu azərbaycanlı əhaliyə qarşı silsilə etnik təmizləmələr həyata keçirib

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edən dörd qətnaməsinə və bir çox bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü hələ də davam etməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, BMT-nin Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü işğal nəticəsində Azərbaycanın təhsil infrastrukturuna dəymiş böyük ziyanı bir daha gündəmə gətirir:

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada oxucuların qəbulu üçün hazırlıq gedir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi dəstək proqramları, sosial paketlər, səhiyyə islahatları və digər tədbirlərin mərkəzində insan – vətəndaş amili dayanır. Bu baxımdan, Azərbaycanın elm məbədinin intellektual sərvətlərinin qayğısına qalmaq, onu təbliğ etmək, gələcək nəsillərə əmanət etmək və Azərbaycan elminə, ziyalılarına yüksək səviyyədə informasiya xidməti göstərmək AMEA-nın Mərkəzi Elmi Kitabxanasının ali missyası, vətən və dövlət qarşısında müqəddəs vəzifəsidir.

Ardını oxu »

Qarabağa köçürülən ermənilər Azərbaycana qarşı “nifrət məktəbi” keçiblər

Otuz ilə yaxındır işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər, xüsusilə, Livandan olan ermənilərin torpaqlarımıza köçürülməsinə ciddi-cəhdlə çalışır. Artıq bunu təsdiqləyən müəyyən dəlillər ortaya çıxır. Bu, sözsüz ki, Azərbaycanda böyük narahatlıq yaratmaqdadır.

Ardını oxu »

Tural Gəncəliyevin məqaləsi İspaniya mətbuatında

İspaniya mətbuatında Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalə dərc edilib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyevin Ermənistan-Azərbaycan münaqişəsinə dair məqaləsi İspaniya mətbuatında dərc edilib.

Ardını oxu »

Avropanın analitik portalı Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın qeyri-qanuni məskunlaşma siyasəti barədə şərhini dərc edib

Avropa İttifaqının nüfuzlu “Bridge” analitik-informasiya portalı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma siyasəti barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhini dərc edib.
İngilis dilində dərc edilmiş şərhdə son günlər bu torpaqlara Livandan olan etnik ermənilərin köçürülməsindən xəbər verilir. Qeyd olunur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

Ardını oxu »

Dərs və dərsdənkənar məşğələ saatları, dərs növbəsinə dair tələblər müəyyənləşdirilib

Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarına əsasən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları, dərs növbəsinə dair tələblər müəyyənləşdirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında həyata keçiriləcək. Gün ərzində əyani formada keçirilən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələlərin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimal sayda müəyyən edilməlidir. Dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Ardını oxu »

Şəki: Pandemiya əleyhinə tədbirlər davam edir

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunmasının təmin olunması məqsədilə Şəkidə zəruri tədbirlər davam edir.
   Şəhər icra hakimiyyəti tərəfindən təşkil olunmuş mobil qrupların üzvləri, polis orqanlarının əməkdaşları, aidiyyəti dövlət qurumlarının əməkdaşları  tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə reydlər keçirir, ticarət, ictimai-iaşə, turizm və xidmət obyektlərində monitorinq və izahetmə-xəbərdarlıq işləri aparılır. Mövcud qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur.

Ardını oxu »

Qəbələ: Məktəbəqədər təhsil müəssisələrində geniş təmizlik və dezinfeksiya işləri görülmüşdür

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində fəaliyyəti dayandırılmış bütün məktəbəqədər təhsil müəssisələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 312 nömrəli qərarına əsasən fəaliyyəti əyani şəkildə 15 sentyabr 2020-ci il tarixdən  təmin ediləcəkdir.

Ardını oxu »

Nazirlər Kabinetinin əlavə tədbirlər barədə qərarı qüvvəyə minib

Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib. Nazirlər Kabinetindən verilən xəbərə görə, qərara əsasən 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən:

– Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

– Sentyabrın 30-dək digər ictimai nəqliyytat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir;

– Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 15
  • 11
  • 297
  • 2,691
ILK-10 Azeri Website Directory