Sentyabr 15, 2020

Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti

Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.
Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi.

Ardını oxu »

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir

Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu.

Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.

Ardını oxu »

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.

Ardını oxu »

Astara: Uşaq bağçaları fəaliyyətə başlayır

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Uşaq bağçalarının fəaliyyətə hazırlığının vəziyyəti ilə yerində tanış olmaqdan ötrü rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon bir neçə körpələr evi-uşaq bağçalarında olmuşdur.

Ardını oxu »

Nəsimi rayonu: 600-dən yüksək bal toplayan abituriyentlərlə video-konfrans keçirilmişdir

2019-2020-ci tədris ilində  rayonun tam orta təhsil müəssisələrini  1437 şagird bitirmiş, onlardan 1301-i ali məktəbə sənəd vermiş, qəbul imtahanlarında abituriyentlərdən 115 nəfəri 500-dən, 38 nəfəri 600-dən, 15 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 229 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2019/2020-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 1 məzun isə bürünc medala layiq görülmüşdür.

Ardını oxu »

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım etdi

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr – Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.
 
Türkiyə XİN başçısı bu barədə “Twitter” hesabında paylaşıb.
 “Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram.

Ardını oxu »

Gəncə üzərində Azərbaycan və Türkiyə hərbi təyyarələrinin uçuşları keçiriləcək – Yenilənib

Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları başlayıb.

Uçuşlar Bakı şəhərinin daşnak-bolşevik işğalından azad olunmasının 102-ci ildönümünə həsr olunub. 
***
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Ardını oxu »

Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası” sərlövhəli məqaləsini təqdim edir.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 16
  • 12
  • 298
  • 2,692
ILK-10 Azeri Website Directory