Sentyabr 16, 2020

Türkiyə Milli Müdafiə nazirinin müavini: Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq

Azərbaycan və Türkiyə deyərkən əlavə sözə ehtiyac yoxdur. Bizim üçün Azərbaycan deyəndə o dəqiqə ağıllarda “Bir millət, iki dövlət” kəlamı, Bakıdakı türk əsgərlərinin məzarı canlanır. Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Ehtiyac yaranarsa, o cümlədən Qarabağ probleminin həllində Türkiyə bütün imkanları – hərbi texnikası və ordusu ilə hər zaman qardaş Azərbaycanın yanındadır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Milli Müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu ifadə edib.

Ardını oxu »

Fərhad Əhmədov “Dostluq” ordeni ilə təltif edildi – Sərəncam

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Ardını oxu »

Pensiya təyini üçün yaş həddi müəyyənləşdi

“Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınır”.

Ardını oxu »

“Zaman-zaman tanıdığım Vasif Babayev”

Vasif Babayev-80 

Bugünkü yaşlı nəsil sənətkarların tez-tez və qürurla işlətdikləri bir kəlmə var: “Mən filankəsi özümə müəllim sayıram”. Uşaq vaxtı televiziya ekranlarından, tələbəlik illərində isə bəzi “sənət müəllimləri”mdən bu kəlmələri tez-tez eşidəndə, istər-istəməz qıcıqlanırdım. Lakin yaradıcılıq yollarında itirdiyim vaxt hesabına az-çox qazandığım uğurlara baxanda bu sözlərin qeyri-ixtiyari, yaxud bəziləri tərəfindən ad və şöhrət xətrinə deyil, həqiqi mənada işləndiyini müəyyənləşdirdim.

Ardını oxu »

Nizami rayonu: Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir

Bu gün Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Prezident İlham Əliyevin məqsədyönlü siyasəti durur. Məhz bu siyasətin nəticəsində neçə illərdir ki, dünyada davam edən iqtisadi böhrana baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələrdən olmuş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulan bütün sosial proqramlar, infrastruktur layihələr icra edilmişdir.

Ardını oxu »

Masallı: Daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində yaradılmış Peşə Təhsil Mərkəzinin açılışında çıxış edib.
Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı – təqribən 33 faizi ixrac olunub.

Ardını oxu »

Kürdəmir: 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 18 kilometr uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur.

Ardını oxu »

Şamaxı: Aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı fermerlərlə görüşlərə başlanılıb

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, bu sahədə yerli fermer və sahibkarların məlumatlandırılması işləri çərçivəsində Aqrar Sığorta Fondu (ASF) Şamaxıda fermerlərlə görüşlər keçirib.

ASF-dan bildirilib ki, Şamaxıda yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər heyvandarlıq və üzümçülük təsərrüfatlarında baş tutub. Rayonun İkinci Çaylı kəndində yerləşən və fermer Habil Əzimova məxsus təsərrüfatda digər fermerlərin də iştirakı ilə keçirilən görüşdə kənd təsərrüfatı bitkiləri, o cümlədən üzümçülüklə bağlı risklər, təbiət hadisələrinin bitkiçiliyə təsiri, onların vurduğu zərər və onun tənzimlənməsi məsələləri müzakirə edilib.

Ardını oxu »

Goranboy: Yeni vəzifə təyinatları

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əmri ilə Yasin Şəmsəddin oğlu Məmmədov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə, Şaiq Akif oğlu Qənbərli  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin ediliblər.
Həmçinin Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Teyyubov Rauf Teyyub oğlu, öz ərizəsinə əsasən vəzifəsindən azad edilmiş, bu vəzifəyə Əvəzov İsmayıl Yusif oğlu təyin edilmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 2
  • 2
  • 289
  • 2,802
ILK-10 Azeri Website Directory