Sentyabr 17, 2020

Azərbaycan əhalisinin sayı 10 milyon 100 min 622 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 33 min 514 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 100 min 622 nəfərə çatıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Ardını oxu »

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunun

Ardını oxu »

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Sentyabrın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Ardını oxu »

Ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb

Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb.

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib. “Səfirliyin 10 sentyabr tarixli məlumatına əlavə olaraq bildiririk ki, cari ilin 23-24 iyul tarixlərində Moskva şəhərində baş vermiş məlum iğtişaşlar zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşlarının vəziyyəti Səfirliyin diqqəti mərkəzindədir.

Ardını oxu »

Göygöl: Rayon Baytarlıq İdarəsi tərəfindən peyvənd tədbirləri davam etdirilir

Göygöl rayon Baytarlıq İdarəsi tərəfindən  «Epizootiya əleyhinə tədbirlər planı»na  uyğun olaraq rayon ərazisində heyvanlar və quşlar arasında peyvənd tədbirləri ardıcıl olaraq vaxtlı-vaxtında aparılır. Hal-hazırda iribuynuzlu  hevanlar dabaq xəstəliyi əleyhinə peyvənd edilir. Bu tədbirə sentyabr  ayının əvvələlindən  başlanmışdır.  Ayın əvvəlindən  indiyədək 9716 baş heyvan peyvənd edilmişdir və peyvənd tədbirləri davam etdtrilir.

Ardını oxu »

Pirallahı: “Pandemiya dövründə təhsil” adlı videokonfrans keçirildi

17 sentyabr 2020-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Pandemiya dövründə təhsil” adlı videokonfrans keçirildi.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov ilk öncə yeni 2020/2021-ci tədris ilinin başlanılması münasibətilə hamını təbrik etdi. Natiq bildirdi ki, ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya, hadisələrə fərqli yanaşma böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı.

Ardını oxu »

Biləsuvar: İctimai işlərə cəlb olunun şəxslərin fəaliyyətinə nəzarət gücləndirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı Biləsuvar rayonunda da sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malik olmaqla yanaşı,  əhali tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory