Sentyabr 21, 2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Ardını oxu »

Xəzər: “Təmizlik ayı” çərçivəsində abadlıq və təmizlik işləri uğurla həyata keçirilməkdədir

 Görülən işlər çərçivəsində rayonun bütün qəsəbələrində abadlıq-quruculuq, təmizlik aksiyaları keçirilir, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənir, ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayon ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazidə təmizlik işləri aparılır.

Ardını oxu »

Goranboy: Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Hazırəhmədli kəndində Şəhid anası Bəyaz Məmmədovanın evində oldular

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Hazırəhmədli kəndində Şəhid Turab Məmmədovun anası Bəyaz Məmmədovanın evində oldu, şəhid ailəsinin problemlərini dinlədilər.
Həmçinin, İcra başçısı və deputat   bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşdü, kəndin mövcud problemləri ilə maraqlandı, problemlərin həlli istiqamətində birgə müzakirələr aparıldı.

Ardını oxu »

Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yaydı

Müdafiə Nazirliyi bəyanat yaydı<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirlikdən daxil olan bəyanatda deyilir: “Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Ardını oxu »

“Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq”

"Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq"<b style="color:red"></b>

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 21 sentyabr 2020-ci il Beynəlxalq Sülh Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:“Bu gün BMT tərəfindən 1981-ci ildə dünyada sülh və birlik ideallarını gücləndirmək üçün təsis edilmiş Beynəlxalq Sülh Günü kimi qeyd olunur.

Ardını oxu »

Təhsil müddəti pensiya stajı sayılacaq

Azərbaycanda artıq təhsil müddəti də ümumi pensiya stajına daxil ediləcək.  “İki sahil” “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu DSMF-nin əməkdaşı Ayxan Məcidli sosial şəbəkədə keçirdiyi onlayn brifinqdə bildirib. 

O, qeyd edib ki, 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında əvvəlki qanun qüvvədə idi: “Həmin ilə qədər kim pensiyaya çıxıbsa, onların təhsil müddəti ümumi stajda nəzərə alınıb. Lakin 2006-cı ildən sonra hazırkı əmək pensiyaları haqqında yeni qanun qüvvəyə mindi. Həmin qanunun 21-ci maddəsinə əsasən, burada sığorta stajı müddəti öz əksini tapıb”.

Ardını oxu »

15 min ailəyə ŞAD XƏBƏR!

2018-ci ildə 7300-ə yaxın, 2019-cu ildə 10 mindən çox ailənin cəlb edildiyi özünüməşğulluq proqramı əsasında bu il 12 min ailənin kiçik müəssisələrinin yaradılması işləri aparılır. Gələn il isə proqram 15 min ailəni əhatə edəcək.

ƏƏSMN-DAN “İki sahil”ə verilən məlumata görə, ümumilikdə növbəti ildən özünüməşğulluq proqramı illik 15  min ailənin kiçik biznesə çıxışına imkan verəcək. Bu da o deməkdir ki, ailə üzvlərinin sayı ilə hesabladıqda proqram  illik orta hesabla 60 min nəfərin rifahına dəstək verəcək.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 4
  • 3
  • 291
  • 2,804
ILK-10 Azeri Website Directory