Sentyabr 22, 2020

Tovuz: Şəhidimiz doğulduğu torpağa tapşırıldı

Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Ardını oxu »

Prezident İlham Əliyev: Biz mütləq öz torpaqlarımıza qayıdacağıq!

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnir.

Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçir.

Ardını oxu »

İlham Əliyevdən qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümayişi

Azərbaycan Prezidenti Ermənistanın rəhbərliyinə və işğalçının havadarlarına növbəti sərt xəbərdarlığını ünvanladı

Qlobal böhran səbəbindən yaranmış gərginlik, digər tərəfdən qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraiti dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Hər bir dövlətin qarşısında duran strateji vəzifə, prioritet məsələ böhran fonunda dayanıqlı inkişafın təmin olunması və milli maraqların müdafiəsini əks etdirən daxili və xarici siyasətin həyata keçirilməsidir. Bu mənada, Azərbaycan nümunəvi reallıqlar yaradan ölkələr sırasında yer alır.

Ardını oxu »

Ermənistanı sarsıdıcı zərbələr gözləyir

Paşinyan hakimiyyəti daxili qeyri-sabit vəziyyəti kompensasiya etmək məqsədilə Qarabağ kartından sui-istifadə edir

Ermənistan iqtidarının siyasəti üzündən Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır, eyni zamanda, regionda təhlükəsizliklə bağlı təhdidlər artır. Bu ondan irəli gəlir ki, ölkənin rəhbərliyi hələ də reallığı lazımınca dərk edə bilmir.

Daha bir vacib məqam odur ki, Paşinyan hakimiyyəti bu gün ölkə daxilindəki qeyri-sabit vəziyyəti, yürütdüyü yöndəmsiz siyasətin nəticəsi olan rəzaləti kompensasiya etmək məqsədilə Qarabağ kartından istifadə etmək istəyir.

Ardını oxu »

Güclü dövlətin qüdrətli ordusu

İlham ƏLİYEV: “İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

İyulun ortalarında dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatın qarşısının alınması Azərbaycanın Ermənistan üzərində üstünlüyünü son illərdə təsdiq edən növbəti hadisə oldu. Düşmən qəflətən hücum etsə də, ordumuzun sayıqlığı və müasir döyüş imkanları nəticəsində dərhal geri oturduldu. Əks-həmlə və zərbələrlə geri qaçmağa məcbur olan ermənilər ciddi tələfata məruz qaldılar.

Ardını oxu »

Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar

Xəbər verdiyimiz kimi, bu gecədən etibarən Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, ermənilər sosial şəbəkə vasitəsi ilə Azərbaycan dilində mesajlar yazmağa və hərbi sirri əldə etməyə çalışır. Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı saytımıza belə şərh edib: “Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra “Ermənistana hücum olacaqmı?” sualını verdi. Onun erməni olduğunu başa düşüb, söyüb bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə, blokdan çıxartdım.

Ardını oxu »

“Paşinyan təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır”

“Cənab Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsi zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli fikirlər söyləyib. Onun sözlərinə görə, Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməyib. Həqiqətən də, Ulu öndər Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bir qarış da torpağımız işğal olunmazdı”.

Bu fikirləri millət vəkili Fatma Yıldırım bildirib. Uşaqlıq və yeniyetməlik illərinin ata-baba yurdu olan Qarabağda keçdiyini xatırladan millət vəkili Qarabağ ermənilərinın Heydər Əliyevin adından belə qorxduqlarını vurğulayıb: 

Ardını oxu »

Tərtər: rayonda inzibati binalarda dezinfeksiya işləri davam etdirilir

Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının inzibati binalarında dezinfeksiya işləri davam etdirilib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 16
  • 12
  • 298
  • 2,692
ILK-10 Azeri Website Directory