Sentyabr 23, 2020

Azərbaycan tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək

Milli Məclisin Sədri: "Azərbaycan tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"

“Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir”.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunu bu gün Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışarkən bildirib.

Ardını oxu »

İlham Əliyev Ermənistan hakimiyyətini növbəti dəfə ifşa etdi

İşğalçı ölkədə döyüşə indi qocalar və qadınlar göndərilir

Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan üçün bu gün əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud status-kvonun qorunub saxlanılmasıdır.

Elə bu da münaqişənin sülh yolu ilə həllini mümkünsüz hala gətirir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Ardını oxu »

İlham Əliyevin prinsipial mövqeyi və yeganə şərti dəyişməzdir

Azərbaycan Prezidenti BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı

İştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycanın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev BMT Baş Assambleyasının Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda bir daha qətiyyətli və prinsipial siyasətini nümayiş etdirərək Ermənistanın məkrli siyasətini ifşa etdi. Cənab İlham Əliyev bu ali tribunadan istifadə etməklə növbəti dəfə bu ölkənin təxribatçılıq fəaliyyətini, müharibə və işğalçılıq planlarını dünya birliyinin diqqətinə çatdırdı.

Ardını oxu »

BMT-nin Baş katibi: Hamımız təhlükəsizlikdə olmayana qədər heç birimiz təhlükəsizlikdə olmayacağıq

BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə axşamı Baş Assambleyanın 75-ci yubiley sessiyasının ən əhəmiyyətli seqmenti olan ümumi siyasi diskussiyasını açaraq deyib: “Baş Assambleyanın zalı qəribə mənzərəni ifadə edir, […] amma pandemiya ilə əlaqədar bu gün bizim görüşümüzün rolu həmişəkindən daha vacibdir”.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın rəhbəri beynəlxalq ictimaiyyəti ilin sonuna qədər bütün münaqişələri dayandırmağa və qlobal problemlərə birgə müqavimət göstərmək üçün beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə çağırıb.

Ardını oxu »

Alimlər: Yeni qan damarları müvəqqəti protezin üstündə inkişaf edəcək

Ürək-damar xəstəlikləri tez-tez cərrahi əməliyyatla nəticələnir. Məsələn, damarlar çox daralıbsa və qanı buraxmırsa, onda cərrahlar şunt – süni damar yerləşdirir. Elə hal olur ki, xəstə damara genişləndirici – stent qoyulur. Habelə damarı çıxarıb onun yerinə protez qoyulur. Bu, insanda anatomik qüsur baş verəndə və damarlar düzgün formalaşmayanda (məsələn, ağciyər arteriyasında atreziya, ysuda Fallo tetrada) yeganə çıxış yolu olur.
Lakin ürək-damar cərrahiyyəsində adətən istifadə edilən sintetik protezlər yalnız diametri 5 millimetrdən çox olan böyük damarlarla yaxşı işləyir.

Ardını oxu »

Rusiya Federasiya Şurasında Dağlıq Qarabağın tarixi ilə bağlı faktlar səsləndirildi

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sahibə Qafarova deyib ki, ən yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilməz: “Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin beşdə bir hissəsi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib.

Ardını oxu »

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın üzvlüyünə vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlərin irəli sürülməsi ilə bağlı ELAN

Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

     “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın seçki komissiyanın yaradılması haqqında”  Daşkəsən RİH başçısının 22 sentyabr 2020-ci il tarixli nömrəli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 2
  • 2
  • 289
  • 2,802
ILK-10 Azeri Website Directory