Sentyabr 24, 2020

Qazaxıstanda ölüm hökmü ləğv edilib

Qazaxıstanın BMT yanında daimi nümayəndəsi Kayrat Umarov təşkilatın mənzil-qərargahında faktiki olaraq ölüm hökmünü ləğv edən ikinci fakültativ protokolu imzalayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın ölüm cəzasının ləğvinə dair beynəlxalq protokola qoşulacağını elə həmin gün Prezident Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən bildirib.
Ötən ilin dekabrında Prezident Tokayev Qazaxıstan XİN-ə ölüm hökmünün ləğvi ilə bağlı sənədin ikinci fakültativ protokoluna qoşulmağa başlamağı tapşırmışdı.

Ardını oxu »

Azərbaycan gücündən istifadə edərək ərazi bütövlüyünə nail olacaq

İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı

Ermənistan işğal siyasətini davam etdirməklə Cənubi Qafqazda ciddi təhdidlər yaradır. İşğalçı ölkə beynəlxalq hüquqa qarşı olduğunu da nümayişkaranə şəkildə meydana qoyur. Beynəlxalq qurumların isə məsələ ilə bağlı müvafiq addımlar atmaması vəziyyəti daha da kəskinləşdirir, BMT-nin qərarlarının kağız üzərində qalması təhlükənin miqyasını artırır. Azərbaycan hələlik beynəlxalq hüquqa sadiq qalaraq Ermənistanla olan problemin danışıqlar yolu ilə həllini istəyir.

Ardını oxu »

David Zalkaliani: BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir

BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. Gürcüstan bunu yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə söyləyib.
Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

Ardını oxu »

Milli Məclisin Müdafiə, təhlükəsizlik korrupsiya komitəsinin iclası keçirilib

Sentyabrın 24-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik edərək, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabatı təqdim edən Ziyafət Əsgərov bildirib ki, hesabat dövründə 8 iclas keçirilib, 10 qanun layihəsinə baxılıb.

Ardını oxu »

Ceyhun Bayramov Gürcüstanda səfərdədir – Yenilənib

Xarici İşlər Naziri Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir.

APA-nın yerli bürosu Gürcüstan Xarixi İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində XİN başçısı Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kaxaber Kuçava və bir sıra deputatlarla görüşəcək.

Ardını oxu »

Hərbi Hava Qüvvələri gecə təlimlərində – Video

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ssenariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Ardını oxu »

Daşkəsən: İqtisadiyyat naziri Daşkəsənə səfərə gəlib

Sentyabrın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov  Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək məqsədilə Daşkəsən rayonuna gəlib. Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.

Ardını oxu »

Tovuz: Təhsilə dövlət səviyyəsində qayğı uğurları daha da artırır

“Son 16 ildə Tovuzda 39 müasir tipli məktəb binası tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən 2020–2021-ci tədris ili üçün ümumi şagird sayı 3068 olan 4 belə müasir məktəb komp­leksinin tikilməsi isə sərhəd bölgəsində yerləşən tovuzlulara edilən hədiyyədir.

Eyni zamanda, dövlətin qayğısı ilə Aşağı Quşçu kəndində yenidən inşa olunmuş 1176 şagird yerlik məktəb binası, Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik olmaqla 2 modul tipli yeni məktəb binaları da cari ildə istifadəyə verilmişdir.

Ardını oxu »

Goranboy: Ağsaqqal və ziyalılarla görüş

İcra başçısı Məhərrəm Quliyev  yeni tikiləcək modul tipli məktəbin yerinin müəyyənləşdirilməsi, kəndin elektrik, içməli su, yol, rabitə və təbii qazla bağlı mövcud problemlərinin həlli  ətrafında müzakirələr apardı.
İcra başçısı kəndin təbii qaz təchizatı ilə bağlı aidiyyəti üzrə müraciət olunduğu və kəndə gələn avtomobil yolunun asfaltlaşdırılması üçün layihə sənədləşmə işlərinə başlanıldığını  bildirdi.

Ardını oxu »

Samuxda 930 hektara yaxın üzüm bağından məhsul yığılır

Samux rayonunda son illərdə ən çox inkişaf edən sahələrdən biri də üzümçülükdür. İndi rayonda üzümün “Təbriz”, “Kardinal”, “Redqlob”, “Viktoriya” kimi süfrə sortları ilə yanaşı, “Gəncə Şərab – 2” zavoduna məxsus üzüm bağlarında “İzabella”, “Muskat”, “Bayan” kimi texniki sortları da becərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqust ayının sonlarından etibarən Samuxda üzüm yığımına başlanılıb. Bu vaxtadək sahələrdən 27627 sentner məhsul yığılıb. Bu, ötən ilin müvafiq dövründən 2839 sentner çoxdur.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 15
  • 11
  • 297
  • 2,691
ILK-10 Azeri Website Directory