Sentyabr 25, 2020

Ağdam, Füzuli və İmişli rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Ağdam, Füzuli və İmişli rayonlarında inşa edilən 19 fərdi yaşayış evi sahiblərinə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunun İkinci Mahmudlu kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev iştirak edib.

Ardını oxu »

İlham Əliyev qlobal layihələrini yeni çağırışlara uyğun reallaşdırır

image description

Prezident Azərbaycanın postpandemiya dövründə ən hazırlıqlı dövlətlər sırasına yüksəlməsi üçün bütün imkanları dəyərləndirir

Qlobal böhran dünya iqtisadiyyatına böyük zərbə vurmaqda davam edir. Aparıcı maliyyə təşkilatları bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha ağır olacaq. Neftin qiymətinin də aşağı düşməsi faktını nəzərə alsaq qarşıdakı dövrdə ciddi qlobal iqtisadi böhranın yaşana biləcəyini söyləyə bilərik. Ona görə də əksər dövlətlər postpandemiya dövrü üçün hazırlıqlara başlayıblar. İqtisadiyyatın dayanıqlığının qorunub saxlanması istiqamətində proqramlar, layihələr hazırlanır, islahatlar aparılır.

Ardını oxu »

Kubada Azərbaycan səfirliyi açılacaq

Kubada Azərbaycan səfirliyi açılacaq<b style="color:red"></b>

Azərbaycanın Kubada səfirliyi açılacaq.

APA-nın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.

Ardını oxu »

“40 min pakistanlı Azərbaycana gəlib”

"40 min pakistanlı Azərbaycana gəlib"<b style="color:red"></b>

“Fəaliyyətim müddətində iqtisadi əlaqələri daha da gücləndirmək əsas prioritet olacaq”.

APA-nın xəbərinə görə bunu, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee mətbuat brifinqində deyib. “İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Müxtəlif sahələr var ki, burda iqtisadi əməkdaşlıq üçün imkanlar genişdir. Pakistanın dərman şirkətləri Azərbaycan bazarına töhfə verə bilər.

Ardını oxu »

Şadlıq saraylarına necə nəzarət ediləcək?

Şadlıq saraylarına necə nəzarət ediləcək? -<b style="color:red"> Rəsmi açıqlama</b>

Toylar şadlıq saraylarında təşkil olunduğuna görə ictimai iaşə obyektinin bir növüdür. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət sahələrindən biridir.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki “Təhlükəsiz Qida” adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əksər şadlıq saraylarının restoran fəaliyyəti də var, yəni vətəndaşlara təkcə toylar üçün deyil, restoran kimi də xidmət göstərir: “Bu səbəbdən pandemiya dövründə şadlıq sarayları ilə də ünsiyyət qurmuşuq.

Ardını oxu »

Naftalan: İmtiyazlı ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər

Ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin qayğısı ilə əhatə olunur. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyeva hər  an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.

Ardını oxu »

Tərtər: Rayonda yüksək bal toplayaraq ali məktəbə qəbul olan tələbələrlə görüş keçirilib

Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan rayon məktəblərinin məzunları ilə karantin rejiminin şərtlərinə əməl etməklə görüş keçirilib.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Ağalar  Vəliyevin köməkçisi İlham Musayev, təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.

Ardını oxu »

Qazax: Sərhəd kəndi Fərəhlidə yeni asfalt yolun çəkilişindən – FOTOLAR

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir. Bunu dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlardan da aydın şəkildə görmək olur.

Sevindirici haldır ki, paytaxt Bakıda, eləcə də digər şəhər və rayonlarda bu sahədə görülmüş işlər Qazaxda da uğurla yerinə yetirilir.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2020
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory