Oktyabr 2020

Qisas alınır

İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu işğalçı Ermənistanı döyüş meydanında cəzalandırır

Ermənistanın sentyabrın sonlarında törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun müzəffər yürüşü ilə davam edir. Qısa zaman kəsiyində ordumuz işğalçıya elə bir zərbə vurub ki, bundan sonra onun özünə gəlməsinə onilliklər lazımdır. Ən əsası da odur ki, Füzulidən Ermənistanla dövlət sərhədinə qədər böyük bir ərazi artıq işğaldan azad edilib.

Ardını oxu »

Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edildi

Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edildi<b style="color:red"></b>

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Ardını oxu »

“Ermənistanın muzdlulardan istifadə etdiyi təsdiqlənib”

“Ermənistanın muzdlulardan istifadə etdiyi təsdiqlənib”<b style="color:red"></b>

“Ermənistan daim iddia edir ki, Azərbaycan tərəfdən döyüşlərdə xaricdən muzdlular iştirak edir”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Ardını oxu »

Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir

Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir<b style="color:red"></b>

“İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir”.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Ardını oxu »

“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil”

“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil”<b style="color:red"></b>

“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil. Bəzən deyirlər hamıya planşet paylansa, vəziyyət düzələr”.

APA-nın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Ardını oxu »

“Xalqımız ətrafınızda sıx birləşib” – Prezidentə yazırlar

"Xalqımız ətrafınızda sıx birləşib" - <b style="color:red">Prezidentə yazırlar</b>

Türkiyədən, Rusiyadan, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir.

Berkut Gencay Sarıkızdan, Balıkesir, Türkiyə

“Hörmətli cənab Prezident.

Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm.

Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.

Ardını oxu »

“Əsir götürülmüş bəzi hərbçilərimizə yaxın məsafədən atəş açılaraq qətlə yetirilib”

“Əsir götürülmüş bəzi hərbçilərimizə yaxın məsafədən atəş açılaraq qətlə yetirilib”<b style="color:red"></b>

“30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Ardını oxu »

XİN: “Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq”

XİN: "Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq"<b style="color:red"></b>

“Həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatları oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin mərkəzinə edilən hücumda Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə olunduğunu təsdiqləyib”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq. Bu, mülki şəxslərin həyatına və beynəlxalq hüquqa qarşı kobud bir hörmətsizlikdir!”, – deyə qeyd olunub.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin mərkəzinə endirilən raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox şəxs yaralanıb.

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb”

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb”<b style="color:red"></b>

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ardını oxu »

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 30-dək 4 şəhər, 3 qəsəbə və 184 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 72 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 42 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 17 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 58
  • 27
  • 392
  • 1,649
ILK-10 Azeri Website Directory