Oktyabr 1, 2020

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə bağlı “Al Arabiya” telekanalına müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Prezidentinin köməkçisi müsahibəsində Ermənistanın Yaxın Şərq ölkələrindəki muzdlu və hərbçiləri Ermənistan-Azərbaycan münaqişəsi zonasına cəlb etməsi, terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etməsi barədə danışıb.

Ardını oxu »

“Düşmən bilsin ki, evlərimiz artilleriya atəşinə tutulsa da, kəndi tərk etməyəcəyik” – Aşağı Ağcakənd qəsəbəsindən reportaj

 Sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başlayıb.

Düşmən cəbhənin digər istiqamətlərində olduğu kimi, Goranboy rayonunun bir sıra kəndlərini də intensiv atəşə tutur. Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun bölmələrinin artilleriya atəşi nəticəsində evlərə ciddi ziyan dəyir.

Ardını oxu »

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər

 Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb.
AZƏRTAC xəbər verir ki, görüntülərdə Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin artıq həmin ərazilərdə möhkənləndiyi əks olunub.
Kadrlardan görünür ki, ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı qalıb.
Hazırda Azərbaycan Ordusu işğal altındakı digər ərazilərin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.

Ardını oxu »

Anar Eyvazov: Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir

Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdəki düşmən mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 1-də keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistanın ərazisindən cəbhəboyu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz şəhərini, Goranboy, Tərtər və Ağdam rayonlarını yenidən artilleriya atəşinə tutub.

Ardını oxu »

“Xalqımız əmin olsun ki, bir qarış torpağımızı da düşmən tapdağı altında qoymayacağıq”

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı davam edir. Erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, ordumuzda böyük ruh yüksəkliyi yaradıb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri ön xətdə hərbi qulluqçularla görüşərək söhbət edib, təəssüratlarını öyrənib.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 6
  • 2
  • 322
  • 2,654
ILK-10 Azeri Website Directory