Oktyabr 2, 2020

Daha 30 il gözləməyə vaxtımız

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə növbəti dəfə çatdırdı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.AZƏRTAC müsahibəni təqdim edir.

Jurnalist: Azərbaycan Respublikasının Prezidenti, “Əl-Cəzirə”yə müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm.

Ardını oxu »

“Azərbaycan artıq Fransanı həmsədr kimi tanımır”

"Azərbaycan artıq Fransanı həmsədr kimi tanımır"<b style="color:red"></b>

Azərbaycan artıq Fransanı ATƏT-in Minsk Qrupunun həmsədri kimi tanımır.

Bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Twitter” səhifəsində bildirilib.

“Fransa artıq Azərbaycan tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr kimi tanınmır”, – deyə qeyd olunub.

Ardını oxu »

Mehriban Əliyevanın Qarabağla bağlı arzuları Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, Hüriyyət”, “Təqvim” və digər populyar qəzetlər, eləcə də nüfuzlu xəbər portalları bu məlumatı geniş oxucu auditoriyasına təqdim ediblər.

Ardını oxu »

Qələbə ilə qayıdacağıq!

Çağırışçılar hərbi hissələrə yola düşdülər

Bir neçə gündür respublikamızda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrinin qarşısında qələbəlikdir.

Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də başlatdığı növbəti hərbi təxribatdan sonra minlərlə vətəndaş silaha sarılmaq, torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün müraciət edir.

Ardını oxu »

Qərb bölgəsində ilk dəfə olaraq Tovuzda badamın kütləvi yığımına başlanılıb

 Qərb bölgəsində ilk dəfə olaraq Tovuzda badamın kütləvi yığımına başlanılıb. Meyvə bağından yüksək məhsul götürən təsərrüfat sahibləri növbəti ildə badam bağının sahəsini bir qədər də artırmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu ildən qərb bölgəsinin bazarlarında yerli badamın satışı həyata keçiriləcək.
Badam ləpəsi yağlılığına və yüksək qidalılığına görə qiymətləndirilir. Bunu nəzərə alaraq Tovuzda bir neçə il öncə badamın İspaniyadan gətirilən sortundan bağ salan fermerlər indi onun bəhrəsini görürlər. Yığımın nəticəsi onu deməyə əsas verir ki, məhsuldarlıq yaxşıdır.

Ardını oxu »

Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir

 COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirin minimuma endirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təhsil müəssisələrində monitorinqlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhəri, Masazır, Novxanı kənd məktəblərində keçirilən monitorinqlər zamanı təhsil prosesinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun şəkildə təşkil olunub – olunmadığı yoxlanılıb.

Ardını oxu »

İlham Əliyevin dəyişməz şərti

Ermənistan silahlı birləşmələri torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxdıqdan sonra döyüşlər dayanacaq, qan tökülməyəcək

“Bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.

Ardını oxu »

Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Cuniçi Vada:
 Cənab Prezident, mənim Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnamə məktubunu və sələfimin məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 6
  • 2
  • 322
  • 2,654
ILK-10 Azeri Website Directory