Oktyabr 3, 2020

Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur

5e762a05 5d18 47bb B2d4 6dc44f9154d0 450x250

İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması dövlətimizin beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır. 30 ilə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməməsinin, Ermənistanın təcavüzkar siyasətinə son qoyulmamasının əsas səbəblərindən biri vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin tutduğu mövqedir.

Həmsədrlər fəaliyyəti dövründə heç zaman işğalçı Ermənistana təzyiq göstərməyib, əksinə tərəflər arasında bərabərlik yaradıb və ümumiləşmiş bəyanatlar səsləndirib.

Ardını oxu »

Erməni faşistləri Tərtər rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 2-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun digər yaşayış məntəqələrində onlarla ev, ticarət və iaşə obyektləri dağılıb və ya zərər çəkib. Həmçinin infrastruktura, kənd təsərrüfatına ziyan dəyib.

Ardını oxu »

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq

Ermənistan Dağlıq Qarabağ problemi həll edilmədən yenidən Azərbaycan torpaqlarına hücumlara başlayıb. Lakin bu dəfə Ermənistan ordusu çox ağır cavab aldı. Qardaş Azərbaycan Qarabağı işğaldan azad etmək üçün genişmiqyaslı əməliyyata başladı. İndiyədək uğurla irəliləyən Azərbaycan Ordusu bir çox əraziləri işğaldan azad edib.
Bu fikirləri Konya vilayətində inşa olunan şəhər xəstəxanasının açılışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ardını oxu »

Hikmət Hacıyev: Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə alması vəhşilik, barbarlıqdır

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir. Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ardını oxu »

“Hər həftə dünyada koronavirusa yoluxanların sayı 2 milyon artır”

"Hər həftə dünyada koronavirusa yoluxanların sayı 2 milyon artır"<b style="color:red"></b>

Dünyada hər həftə təxminən 2 milyon yeni koronavirus infeksiyası hadisəsi qeydə alınır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Hər həftə təxminən iki milyon yoluxma baş verir. Bildiyiniz kimi, bu həftə dünya bir milyon ölümün faciəvi mərhələsini keçdi”, Baş driktor deyib.

Ardını oxu »

Müsəlman Alimləri Birliyi: “Makrona yazığımız gəlir”

Müsəlman Alimləri Birliyi: "Makrona yazığımız gəlir"<b style="color:red"></b>

“Cənab Makron, böhran içində olan sizsiniz, mənəvi, insani və siyasi böhranlarla çökürsünüz”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Dünya Müsəlman Alimləri birliyinin baş katibi Əli Mühyəddin əl-Karadaği Fransa prezidenti Emmanuel Makronun islam dininə qarşı çıxışına cavab olaraq söyləyib.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory