Oktyabr 4, 2020

Hikmət Hacıyev: Ermənistan Müdafiə Nazirliyinin paylaşdığı məlumatların əksəriyyəti fotoşopdur

 Ermənistan Müdafiə Nazirliyi kifayət qədər saxta məlumatlar paylaşır. Bu məlumatların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi. Sonradan həmin görüntülərin saytlardan və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib.

Ardını oxu »

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

 Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir.
Qarabağ Azərbaycandır!
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Ardını oxu »

Polkovnik Ramaldanov : Təqdim edilən radiostansiya danışıqlarını dinlədikdə onun saxta olduğu asanlıqla sezilir

 Təqdim edilən radiostansiya danışıqlarını dinlədikdə onun saxta olduğu və hazırda gedən döyüş əməliyyatlarına heç bir aidiyyəti olmadığı asanlıqla sezilir. Bu sözləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
O deyib: “Ermənistan tərəfinin yaydığı və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya danışıqlarının olduğu iddia edilən səs yazısını bir neçə dəfə diqqətlə dinlədim. Gülüş doğurucudur. Açıq-aydın görünür ki, quraşdırmadır.

Ardını oxu »

DİN əhaliyə müraciət etdi

DİN əhaliyə müraciət etdi<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan bəzi ərazilərimizin azad olunduğunu elan etdikdən sonra paytaxt sakinləri bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə çıxmağa cəhd göstəriblər:

Ardını oxu »

Mehriban Əliyeva: Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin!

Ardını oxu »

Biz haqlıyıq, biz zəfər çalacağıq!

Prezident İlham Əliyevin xalqa müraciəti

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir.
Prezident İlham Əliyevin xalqamüraciəti
-Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Ardını oxu »

Prezident: “Ordumuz Madagizdə Azərbaycan bayrağını qaldırdı”

Prezident: "Ordumuz Madagizdə Azərbaycan bayrağını qaldırdı"<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır! Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

Ardını oxu »

“Qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir”

"Qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir"<b style="color:red"></b>

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münsibətləri var. Qardaş Türkiyə hər fürsətdə Azərbaycana dəstəyini göstərir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səslənən fikirlər ölkməzin Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir:

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 2
  • 2
  • 289
  • 2,802
ILK-10 Azeri Website Directory