Oktyabr 6, 2020

19 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə yeni fərdi evlər verilib

19 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə yeni fərdi evlər verilib<b style="color:red"></b>

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun doğma torpaqlarımızı Ermənistanın işğalından azad etdiyi bu şərəfli günlərdə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzilə təminatı tədbirləri də davam edir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, Balakəndə 13, Şəkidə 3, Oğuzda 3 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Ardını oxu »

Zakir Həsənov düşmənin ardıcıl darmadağın olunmasının davam etdirilməsini tapşırdı

Zakir Həsənov düşmənin ardıcıl darmadağın olunmasının davam etdirilməsini tapşırdı<b style="color:red"></b>

Oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.

Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.

Ardını oxu »

BMT Baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət edib

BMT Baş katibi Antoniu Quterreş regional və beynəlxalq qüvvələri Ermənistan-Azərbaycan münaqişə zonasında atəşin təcili dayandırılmasına nail olmaq üçün kömək etməyə çağırıb.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib. Onun sözlərinə görə, Baş katib yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.

Ardını oxu »

“Bu gün həkimlərimiz böyük qəhrəmanlıq nümayiş etdirirlər”

FATMA YILDIRIM: “ZƏFƏR TARİXİNƏ ŞAHİD OLDUĞUMUZ BU GÜNLƏRDƏ TİBB İŞÇİLƏRİMİZİN ƏMƏYİ DANILMAZDIR”

“Bu gün həkimlərimiz böyük qəhrəmanlıq nümayiş etdirirlər”<b style="color:red"></b>

“Məşhur kəlamda deyildiyi kimi, bir bacarıqlı həkim müharibədə çoxlu döyüşçüyə bərabərdir. Deməli, biz bu baxımdan da çox şanslıyıq. Çünki bizim həm də peşəkar həkim ordumuz var”.

Bu fikirləri millət vəkili Fatma Yıldırım bildirib. Onun sözlərinə görə, zəfər tarixinə şahid olduğumuz bu günlərdə tibb işçilərimizin əməyi danılmazdır:
“Hazırda düşmənlə savaşda əsgərlərimizlə yanaşı, həkimlərimiz də böyük qəhrəmanlıq nümayiş etdirirlər. Vətənimizi qoruyan əsgər və zabitlərimizin sağlamlığının keşiyində dayanan dəyərli həkimlərimizin əməyi yüksək qiymətə layiqdir”.

Ardını oxu »

Madagizin Suqovuşan adlandırılması ilə bağlı layihə qəbul edildi

Madagizin Suqovuşan adlandırılması ilə bağlı layihə qəbul edildi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan adlandırılması təklif olunub.

Ardını oxu »

Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”

Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir"<b style="color:red"></b>

“Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ali lideri ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Keyhan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarından bir hissəsini işğal edib: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir. Bir milyondan artıq azərbaycanlı işğal nəticəsində evlərindən didərgin düşüb. Onlar tez bir zamanda öz torpaqlarına qayıtmalıdırlar”.

Ardını oxu »

Övladlığa götürülən uşağa görə aylıq müavinət veriləcək

Övladlığa götürülən uşağa görə aylıq müavinət veriləcək<b style="color:red"></b>

Azərbaycanda övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Ardını oxu »

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory