Oktyabr 7, 2020

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndindən görüntülər yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Ardını oxu »

Niyazi Bayramov Cenevrədə təşkil edilən birinci Merlər Forumunda iştirak edib

IMG 20201006 WA0136   копия

BMT-nin Avropa İqtisadi Komissiyasının ötən ilin aprel ayında baş tutan 68-ci ali iclası çərçivəsində keçirilən “Şəhərlər Günü” təşəbbüsünün davamı olaraq hər il Merlər Forumunun təşkil edilməsinə dair də qərar qəbul edilib.

“Covid-19” pandemiyası ilə əlaqədar olaraq, bu il baş tutan Merlər Forumu hibrid formatda təşkil edilib. Foruma Avropa İqtisadi Komissiyasının regionunda yerləşən 56 üzv dövlətin müxtəlif şəhərlərindən 30-dan çox mer qatılıb.

Ardını oxu »

Əli Əhmədov: Azərbaycan Qarabağı azad etməklə Cənubi Qafqaza sülh, bütün dünyada haqqı pozulanlara ümid və inam bəxş edir

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində “Azərbaycan Qarabağı azad etməklə Cənubi Qafqaza sülh, bütün dünyada haqqı pozulanlara ümid və inam bəxş edir” sərlövhəli məqalə yayıb.
AZƏRTAC məqaləni təqdim edir:
Azərbaycan 30 il hüququn gücünə inandı, dözdü, səbirlə gözlədi. Lakin dünyanın hər addımda bəhs etdiyi hüququn gücünün onun haqq işinə heç bir faydası olmadı.

Ardını oxu »

Baş Prokurorluq Ermənistanın qadağan olunan bombadan istifadə edərək Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayıb

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının və Konvensiyaya olunmuş əlavə Protokolların tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Silahlı Qüvvələrinin silahlı birləşmənin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə oktyabrın 6-da saat 18:30 radələrində Azərbaycan Respublikasının Yevlax rayonunun silahsızlaşdırılmış zonaları,

Ardını oxu »

İlham Əliyev Madagizin Suqovuşan adlandırılması haqqında qanunu təsdiqlədi

İlham Əliyev Madagizin Suqovuşan adlandırılması haqqında qanunu təsdiqlədi<b style="color:red"></b>

Prezident İlham Əliyev Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.

Qanuna əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Ardını oxu »

Ermənistan ordusu yaşayış məntəqələrimizi atəşə tutur

Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Ardını oxu »

Alimlər: Yeni qan damarları müvəqqəti protezin üstündə inkişaf edəcək

Ürək-damar xəstəlikləri tez-tez cərrahi əməliyyatla nəticələnir. Məsələn, damarlar çox daralıbsa və qanı buraxmırsa, onda cərrahlar şunt – süni damar yerləşdirir. Elə hal olur ki, xəstə damara genişləndirici – stent qoyulur. Habelə damarı çıxarıb onun yerinə protez qoyulur. Bu, insanda anatomik qüsur baş verəndə və damarlar düzgün formalaşmayanda (məsələn, ağciyər arteriyasında atreziya, ysuda Fallo tetrada) yeganə çıxış yolu olur.
Lakin ürək-damar cərrahiyyəsində adətən istifadə edilən sintetik protezlər yalnız diametri 5 millimetrdən çox olan böyük damarlarla yaxşı işləyir. Əgər söhbət daha dar damarlardan gedirsə, o zaman problem yaranır:

Ardını oxu »

Ombudsman dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət etdi

Ombudsman dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulması ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edib.

Ombudsman Aparatından APA-ya bildirilib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli

Ardını oxu »

Mərkəzi Elmi Kitabxana Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Müzəffər ordumuzun qələbələrini xalqımız böyük iftixar hissi ilə qarşılayır.

Ordumuza dəstək olmaq məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 3190 manat vəsait köçürüb.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory