Oktyabr 8, 2020

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

02

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Ardını oxu »

“Qarabağ münaqişəsinin həlli üçün işğala son qoyulmalıdır” –

“Qarabağ münaqişəsinin həlli üçün işğala son qoyulmalıdır” -<b style="color:red"> Ərdoğan</b>

“Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı mübarizəsini bütün qəlbimizlə dəstəkləyirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Dağlıq Qarabağ təxminən 30 ildir Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır.

Ardını oxu »

Baş Prokurorluq: Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 31 nəfər həlak olub, 154 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 8-də saat 13:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 154 nəfər isə xəsarət alıb.

Ardını oxu »

Rusiyanın “Novaya qazeta” nəşri Ermənistan hərbiçilərinin rəzil durumundan yazır

 Rusiyanın “Novaya qazeta” nəşri xüsusi müxbirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən reportajını dərc edib.
Reportajda deyilir ki, Şuşanın dumanlı küçələrində insanlar çox seyrəkdir. Bəziləri Ermənistana qaçıb, qalanların isə güzəranı çox ağırdır. Stepanakertdən (Xankəndidən-red.) fərqli olaraq burada hələlik elektrik işığı var, mağazalar açıqdır.

Ardını oxu »

Suqovuşanda Azərbaycan bayrağı dalğalanır: Prezident İlham Əliyev qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Madagizin erməni işğaldan azad olunduğunu elan etdi. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.
Dövlətimizin başçısının Tvitter səhifəsində etdiyi bu paylaşımdan bir qədər sonra isə Madagizin tarixi adını bərpa etdiyini bildirdi: “2020-ci il oktyabrın-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”.

Ardını oxu »

Daha 191 nəfərdə koronavirus aşkarlandı

Daha 191 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red"> 154 sağalan, 1 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ardını oxu »

Avtobuslarda maskadan istifadəyə nəzarət tədbirləri artırılıb

Avtobuslarda maskadan istifadəyə nəzarət tədbirləri artırılıb<b style="color:red"></b>

“Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma halları riskini artırır. Bu baxımdan, avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilməkdədir”.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Ardını oxu »

“Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”

“Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”<b style="color:red"></b>

“Ermənistanın “Smerç” raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

Ardını oxu »

Hərbi xidmətə çağırılan vətəndaşlarla müsahibələr müvəqqəti təxirə salınır

Hərbi xidmətə çağırılan vətəndaşlarla müsahibələr müvəqqəti təxirə salınır<b style="color:red"></b>

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq hərbi vəzifəlilərin hərbi xidmətə çağırılması həyata keçirilir.

Ardını oxu »

Əli Əsədovdan iqtisadi tədqiqatların maliyyələşdirilməsi ilə bağlı qərar

Əli Əsədovdan iqtisadi tədqiqatların maliyyələşdirilməsi ilə bağlı qərar <b style="color:red"></b>

Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory