Oktyabr 10, 2020

“Prezident işğala əsaslanan status-kvonu özü dəyişdirdi”

"Prezident işğala əsaslanan status-kvonu özü dəyişdirdi"<b style="color:red"></b>

Azərbaycan Ordusu qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Düşmənin 190-dan çox tankı, çoxsaylı artilleriya qurğusu, raket sistemləri, canlı qüvvəsi məhv edildi və xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. Bu sistemlərin qurulması üçün Ermənistan tərəfindən milyardlarla dollar vəsait sərf olunmuşdu.

Ardını oxu »

Ceyhun Bayramov: Ermənistan tərəfindən imitasiya həyata keçirilərsə, hərbi əməliyyatların bərpası riski hər zaman mövcuddur

Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla bağlı real addımlar atılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 10-da keçirilən mətbuat konfransında söyləyib.
Nazir bildirib: “Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesi həyata keçirilərsə, ciddi addımlar atılmazsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur.

Ardını oxu »

“Azərbaycanda minlərlə erməni yaşayır, Ermənistandan isə bütün azərbaycanlılar qovulub”

"Azərbaycanda minlərlə erməni yaşayır, Ermənistandan isə bütün azərbaycanlılar qovulub"<b style="color:red"></b>

Ermənistan nəinki təkcə Dağlıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25 faizini təşkil edən bütün azərbaycanlıları oradan qovub, eyni zamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunu işğal edib. Beləliklə, bizim əsas məqsədimiz bu əraziləri azad etmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkan yaratmaqdır.

Ardını oxu »

Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur

Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələri Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.

Ardını oxu »

“Azərbaycan Silahlı Qüvvələrinin hərbi uğurları yeni imkanlar yaradır”

"Azərbaycan Silahlı Qüvvələrinin hərbi uğurları yeni imkanlar yaradır”<b style="color:red"></b>

“Azərbaycan Silahlı Qüvvələrinin hərbi uğurları və bizim ədalətli mövqeyimizə olan beynəlxalq dəstək yeni imkanlar yaradır”.

Bunu Azərbaycan Xarici İşlər naziri “Twitter”də yazıb. Nazir qeyd edib ki, Azərbaycan diplomatik səylərini gücləndirir.

Ardını oxu »

Həmsədrlər humanitar atəşkəslə bağlı birgə bəyanatı alqışladıqlarını bildirdilər

Həmsədrlər humanitar atəşkəslə bağlı birgə bəyanatı alqışladıqlarını bildirdilər<b style="color:red"></b>

“Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyası – İqor Popov, Fransa – Stefan Viskonti və Amerika Birləşmiş Ştatları – Endryu) Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun humanitar atəşkəslə bağlı birgə bəyanatını alqışlayır və tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır”.

APA xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib.

Ardını oxu »

Pakistan XİN humanitar atəşkəsin razılaşdırılmasına münasibət bildirdi

Pakistan XİN humanitar atəşkəsin razılaşdırılmasına münasibət bildirdi<b style="color:red"></b>

“Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət  inkişafdır. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlərə əməl olunacaq”.

APA-nın xəbərinə görə, bu barədə Pakistan XİN mətbuat xidməti məlumat yayıb. “Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır.

Ardını oxu »

Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının görüntüləri –

Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının görüntüləri -<b style="color:red"> Fotolar</b>

Müdafiə Nazirliyi tərəfindən dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.
Həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edirik.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory