Oktyabr 12, 2020

İlham Əliyev: “Bütün dağılmış yerləri bərpa edəcəyik”

İlham Əliyev: “Bütün dağılmış yerləri bərpa edəcəyik”<b style="color:red"></b>

“Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi bəzi yerlərə artıq mətbuat nümayəndələri də gedirlər, bəzi yerlərdə isə hərbçilər özləri çəkiliş aparırlar:

Ardını oxu »

Diplomatlar Ermənilərin Gəncəyə raket hücumu ilə bağlı təəssüratlarını bölüşdü

Diplomatlar Ermənilərin Gəncəyə raket hücumu ilə bağlı təəssüratlarını bölüşdü<b style="color:red"></b>

“Görmək inanmaqdır. Həmişə baş verənləri öz gözünlə görmək yaxşıdır. Düşünürəm ki, bu bizim hamımıza bir daha müharibənin dəhşətlərini, dağıntılarını göstərir”.

APA-nın məlumatına görə, bunu ermənilərin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkən diplomatlar arasında olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Ardını oxu »

Yaponiya KİV-ləri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumu barədə məlumatlar yaymaqda davam edir

Yaponiya kütləvi-informasiya vasitələri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumları barədə məlumatlar yaymaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın NHK telekanalı, “The Japan Times”, “Asahi shimbun” qəzetləri, JIJI PRESS agentliyi, “Yahoo Japan”, “newsweekjapan” portalları bu barədə ətraflı məlumatlar yayıblar.
Böyük oxucu auditoriyasına malik olan “Asahi shimbun” qəzetinin yaydığı “Terror aktı nəticəsində 9 nəfər həlak olub” sərlövhəli məqalədə Ermənistan ordusunun Gəncə şəhərinə gecə saatlarında raket hücumundan bəhs olunub.

Ardını oxu »

Vaqif Dərgahlı: Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumat Ermənistanın növbəti ağ yalanıdır

Ermənistan müdafiə nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a açıqlamasında deyib.

Ardını oxu »

Soydaşlarımız Fransada Ermənistanın hərbi təxribatları ilə bağlı şüarlar yayıblar

Fransada yaşayan azərbaycanlılar ermənilərin hərbi təxribatları, Ermənistanın Gəncə şəhərini bombalaması və mülki əhaliyə qarşı soyqırımı aktı törətməsi ilə bağlı aksiya təşkil ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya Fransanın Tuluza və Montoban şəhərlərində keçirilib.

Ardını oxu »

ANAMA-nın direktoru: Ermənistan Gəncəni “Elbrus” raketi ilə vurub

Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb. Bu gün həmin raketin ən son qalıqları tapılıb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Ardını oxu »

Hulusi Akar Şoyquyla Qarabağı müzakirə etdi

Hulusi Akar Şoyquyla Qarabağı müzakirə etdi<b style="color:red"></b>

Türkiyənin Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

APA-nın Türkiyənin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Hulusi Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.

Ardını oxu »

“Gəncədə evlərinə ziyan dəyən insanlar yeni mənzillərlə təmin ediləcək”

"Gəncədə evlərinə ziyan dəyən insanlar yeni mənzillərlə təmin ediləcək"<b style="color:red"></b>

“Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək”.

APA-nın məlumatına görə, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin insanlar yaxşı şəraitli mənzillərlə təmin olunacaqlar:

Ardını oxu »

“Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq”

"Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq"<b style="color:red"></b>

“Nikol Paşinyan və David Tonoyanın Gəncədəki mülki şəxslərə qarşı hərbi cinayətləri və Mingəçevirdəki enerji infrastruktruna qarşı hücumları beynəlxalq ictimaiyyətə təqdim olundu”.

Bunu  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Ardını oxu »

İtaliyalı senator Gəncənin raket atəşinə tutulmasını pislədi

İtaliyalı senator Gəncənin raket atəşinə tutulmasını pislədi<b style="color:red"></b>

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 6
  • 2
  • 322
  • 2,654
ILK-10 Azeri Website Directory