Oktyabr 13, 2020

İlham Əliyevin diktəsi və şərtləri danışıqlar prosesində əsasdır

Döyüş meydanında cəzalandırılan Ermənistan Azərbaycana qarşı iddialarından imtina etməyə məcbur oldu

Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın sonundan başlayaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımzın bir qisminin azad edilməsi ilə nəticələndi. Bu gün Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarca kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.

Ardını oxu »

Goranboy, Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

Ardını oxu »

Diplomların tanınma proseduru təkmilləşdirilir

Diplomların tanınma proseduru təkmilləşdirilir<b style="color:red"></b>

Azərbaycanda ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdirilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Ardını oxu »

Tərtərdə 100-dən çox ev dağılıb, 500-dək evə ziyan dəyib – erməni vandalizmi fotolarda

Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları ağır artilleriyadan atəşə tutmaqda davam edir. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Ardını oxu »

Azərbaycan Prezidenti xarici televiziya kanallarına müsahibələri ilə Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi.

Ardını oxu »

Dünyada koronavirusa yoluxanların sayı 38 milyon nəfəri ötüb

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 38 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, oktyabrın 12-də dünyada 275 min 849 nəfər koronavirusa yoluxub, 3 min 758 nəfər isə həyatını itirib. Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 38 milyon 121 min 613 yoluxma və 1 milyon 86 min 640 ölüm faktı qeydə alınıb.

Ardını oxu »

“Problemin həllində Türkiyənin danışıqlar masasında olmasından doğru yol yoxdur”

“Problemin həllində Türkiyənin danışıqlar masasında olmasından doğru yol yoxdur”<b style="color:red"></b>

“Cənab İlham Əliyevin məsələyə bu şəkildə yanaşması diplomatik bazaya söykənən səmimiyyətini sübut etməkdədir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistin “Azərbaycanla Ermənistan arasında yaşanan savaşa Türkiyənin diplomatik yolla müdaxiləsi mümkün ola bilərmi?” sualını cavablandırarkən belə deyib.

Ardını oxu »

Misirli telejurnalist: Beynəlxalq ictimaiyyət işğalçı Ermənistana təzyiqi artırmalıdır

Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində Azərbaycanın haqq səsini ərəb dünyasına çatdıraraq, beynəlxalq ictimaiyyəti və təşkilatları işğala son qoymaq üçün Ermənistana təzyiqləri artırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, telejurnalist “BMT və beynəlxalq insan hüquqları təşkilatları Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarına qiymət verməlidir” sərlövhəli məqaləsində Livandan çoxlu sayda muzdlu

Ardını oxu »

Koronavirusla əlaqədar bu şəhərlərə giriş-çıxış bağlandı

Koronavirusla əlaqədar bu şəhərlərə giriş-çıxış bağlandı<b style="color:red"></b>

Nazirlər  Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Ardını oxu »
Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 6
  • 2
  • 322
  • 2,654
ILK-10 Azeri Website Directory