Oktyabr 18, 2020

Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu

Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu<b style="color:red"></b>

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Ardını oxu »

Zəfərin növbəti ünvanı Füzulidir

Oktyabrın 17-də İlham Əliyev xalqımıza növbəti xoş müjdəni çatdırdı: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edildi.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər mailli düzənlik sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometrdir.

Ardını oxu »

Dövlət Komitəsi : Dünya ictimaiyyətindən azyaşlı körpələrin qətlinə münasibət bildirməsini tələb edirik

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təcavüzkar Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat yayılıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini növbəti dəfə raket atəşinə tutması bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir.

Ardını oxu »

18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyi günüdür

18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyi günüdür<b style="color:red"></b>

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Ardını oxu »

Pakistanın Baş Naziri Azərbaycan xalqını təbrik etdi

Pakistanın Baş Naziri Azərbaycan xalqını təbrik etdi<b style="color:red"></b>

Pakistanın Baş Naziri İmran Xan Azərbaycan xalqını Dövlət Müstəqiliiyi Günü münasibətilə təbrik edib.

Baş Nazir bununla bağlı “Twitter” səhifəsində paylaşım edib. Təbrikdə deyilir: “Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq.

Ardını oxu »

Ermənistan münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

Ermənistan münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir<b style="color:red"></b>

“Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında 18 oktyabr tarixində humanitar atəşkəsə razılıq verdi”.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00.02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub.

Ardını oxu »

Türkiyənin Xarici İşlər naziri Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Xarici İşlər naziri Azərbaycan xalqını təbrik etdi<b style="color:red"></b>

Can Azərbaycan və azərbaycanlı qardaşlarımız, Müstəqillik Gününüz mübarək olsun! Üçrəngli bayrağınla məsud yaşa!

Bu fikirlər qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Twitter”dəki paylaşımında yer alıb.

Ardını oxu »

“Gəncə Azərbaycanın döyünən ürəyidir”

“Gəncə Azərbaycanın döyünən ürəyidir”<b style="color:red"></b>

“Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində yazıb.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 52
  • 23
  • 386
  • 1,643
ILK-10 Azeri Website Directory