Oktyabr 19, 2020

Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi

Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi<b style="color:red"></b>

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Ardını oxu »

Azərbaycan MN: Göygöldə mövqelərimiz atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərimizi atəşə tutmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı atıcı silahlardan atəşə tutur.

Ardını oxu »

Prezidentin köməkçisi: Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır

Bizim məqsədimiz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 19-da ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Ardını oxu »

Makron: “Fransada islamçılar sakit yatmayacaqlar”

“Fransadakı islamçılar sakit yata bilməyəcəklər”, deyə Fransa Prezidenti Emmanuel Makron bildirib. BFMTV telekanalının verdiyi xəbərə görə, Makron ölkənin Müdafiə Şurasının, tarix müəlliminin qətlə yetirilməsi ilə bağlı toplandığı iclas zamanı belə bir bəyanat verib.

Bundan başqa Fransa hüquq-mühafizə orqanları müəllimə hücum edən şəxsə sosial şəbəkələrdə dəstək verən 80 mesajın müəlliflərini yoxlamağa başlayıb.

Ardını oxu »

Ermənilər Tərtərdə pambıq məntəqəsini atəşə tutub

Ermənilər Tərtərdə pambıq məntəqəsini atəşə tutub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, düşmənin pambıq qəbulu və emalı məntəqəsini atəşə tutması nəticəsində ərazidə yanğın baş verib.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Ardını oxu »

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salındı

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salındı<b style="color:red"></b>

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Ardını oxu »

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir

16030906021631563318 1000x669

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dəqiqləşdirilməmiş məlumatların yayılmaması ilə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Ardını oxu »

BMT-nin baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib

16030817293213051696 1000x669

ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Yerevanın işğalçı siyasəti və Gəncə hadisələri ilə bağlı etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Ardını oxu »

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal Gəncədə olub

W 161603024065372962385 1000x669

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baxıb.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 57
  • 26
  • 391
  • 1,648
ILK-10 Azeri Website Directory