Oktyabr 22, 2020

Prezident: İşğaldan azad edilmiş şəhər və kəndlərimizin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik

Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizdəki binalar dağıdılıb, məscidlərimiz dağıdılıb.

Ardını oxu »

ABŞ-ın NATO-dakı səfiri: Qarabağ məsələsini Azərbaycanın sərhədləri çərçivəsində həll etmək lazımdır

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison virtual keçirilən mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans da “ABŞ və Rusiyanın etdiklərini təkrarlamağa, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa cəhd göstərir”.
AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.
Xarici KİV-lərdə Key Beyli Hatçisonun bu sözləri sitat gətirilir: “Bu problem 30 ildir ki, uzanır. ABŞ-ın, Rusiyanın və Fransanın həmsədrləri olduğu Minsk qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsinə qaytarmaq istəyir ki, erməni əhali də həmin sərhədlər çərçivəsində mövcud ola bilər.

Ardını oxu »

Vasif Əliyev: Pandemiya ilə bağlı arxa cəbhədəki məsuliyyətsizlik ön cəbhə üçün çətinliklər yarada bilər

Mütəxəssislər əhaliyə xəbərdarlıq edir, həyəcan təbili çalırdılar ki, yoluxma sayları artıma doğru gedir. Hazırkı rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım tempi davam edəcək. Hazırda insanlarda o qədər arxayınlıq yaranıb ki, virusa qarşı zəruri tədbirləri görməkdən imtina edirlər. Haqlı olaraq bütün diqqət ön cəbhəyə yönəlib. Lakin arxa cəbhəni də unuda bilmərik.

Ardını oxu »

İsrailin səfiri Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edib

Oktyabrın 22-də İsrailin ölkəmizdəki səfiri Corc Dik Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini ballistik raketlərdən atəşə tutması nəticəsində dağılan evlərə və mülki obyektlərə baxıb, erməni terrorunun acı nəticələrinə şahidlik edib.

Ardını oxu »

Rusiya Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına müraciət edib

Rusiya Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına müraciət edib<b style="color:red"></b>

Rusiya Qoşulmama Beynəlxalq Hərəkatında müşahidəçi statusu almaq üçün müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı (Non-Aligned Movement – NAM) formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Ardını oxu »

“Mülki şəxslərə hücum qəbuledilməzdir”

“Mülki şəxslərə hücum qəbuledilməzdir” - <b style="color:red">İsrail səfiri </b>

“Milliyyətindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq mülki şəxslərə hücum yanlışdır və qəbuledilməzdir. Hər qurbanın həyatı dəyərlidir. Heç kim bu cür şərait altında olmamalıdır, heç kim sevdiklərini, dostlarını, qonşularını gecə dinc şəkildə yatarkən itirməməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Gəncə şəhərinə səfər edən İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə açıqlamasında deyib.

Ardını oxu »

Azərbaycan və Türkiyə diplomatları ermənipərəst baş katibi ifşa etdilər

Azərbaycan və Türkiyə diplomatları ermənipərəst baş katibi ifşa etdilər<b style="color:red"></b>

20-21 oktyabr 2020-ci il tarixlərində virtual formatda keçirilmiş Amerika Dövlətləri Təşkilatının (ADT) Baş Assambleyasının 50-ci Sessiyasında Azərbaycan Respublikası da təşkilatın Daimi Müşahidəçisi qismində iştirak edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən xəbərə görə, öz ənənəvi ermənipərəst mövqeyini davam edən ADT-nin baş katibi Luis Almaqro əvvəlki illərdə olduğu kimi bir daha Baş Assambleyadan öncə nə ADT-nin, nə də ADT üzv ölkələrinin rəsmi mövqelərini əks etdirən kəskin ermənipərəst bəyanatlarla çıxış edib.

Ardını oxu »

“Bu çirkin rejimin belini qırırıq, qıracağıq”- İlham Əliyev

"Bu çirkin rejimin belini qırırıq, qıracağıq" - <b style="color:red">İlham Əliyev</b>

“Biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib.

Ardını oxu »

“Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır”

“Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır”<b style="color:red"></b>

“Dağıq Qarabağ münaqişəsi 30 ildir ki, irinləyir. ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin ilkin mərhələsinə qayıtmasını arzu edirlər. Hansı ki, orada Azərbaycanın suveren sərhədləri var və erməni əhali bu sərhədlər çərçivəsində yaşayırlar. Bu, razılaşdırıla və o zaman münaqişə başa çata bilər”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison deyib.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 72
  • 29
  • 406
  • 1,663
ILK-10 Azeri Website Directory