Oktyabr 24, 2020

Hikmət Hacıyev açıqlama yaydı

Hikmət Hacıyev açıqlama yaydı<b style="color:red"></b>

“25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilmişdir. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilmişdir”.

Ardını oxu »

Müdafiə Nazirliyi: düşmən fərarilik edərək mövqeləri tərk edir

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Ardını oxu »

İsrail səfiri Gəncəyə gəlib

IMG 6168

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə gəlib. Corc Dik Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib. O, mövcud vəziyyətlə yerində tanış olub, həmçinin erməni terroru nəticəsində ölən və yaralananların yaxınları ilə görüşüb.

Ardını oxu »

Səbinə Əliyeva və Şərəf Malkoç Gəncəyə səfər ediblər

IMG 6196

Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə səfər ediblər. Onlar Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edib, həlak olan, yaralanan və zərər çəkən ailələrin yaxınları ilə görüşüblər.

Ardını oxu »

Ermənistan su ehtiyatlarını kimyəvi və bioloji maddələrlə çirkləndirir

Ermənistan su ehtiyatlarını kimyəvi və bioloji maddələrlə çirkləndirir<b style="color:red"></b>

“Terrorizm sözü özündə ekoloji terror ifadəsini də ehtiva edir, lakin heç kim hansı terrorun daha dəhşətli olduğu ilə bağlı mübahisə edə bilməz. İlkin olaraq qeyd edək ki, ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur”.

Ardını oxu »

Britaniya parlamentində Azərbaycanın əleyhinə olan təşəbbüsün qarşısı alınıb

Britaniya parlamentində Azərbaycanın əleyhinə olan təşəbbüsün qarşısı alınıb<b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan yeni təcavüz aktının gedişatında Böyük Britaniya parlamentində də bu istiqamətdə meydana çıxan təşəbbüslərin sayı artıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Britaniyadakı səfirliyi parlamentdəki bu təşəbbüslərin Azərbaycanın maraqlarına cavab verməsi istiqamətində intensiv iş aparmaqdadır.

Ardını oxu »

Daha 803 nəfərdə koronavirus aşkarlandı: 212 sağalan, 8 ölən var

Daha 803 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">212 sağalan, 8 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 60
  • 28
  • 394
  • 1,651
ILK-10 Azeri Website Directory