Oktyabr 25, 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyadakı ikili standartları kəskin şəkildə qınayıb

Qafqazda öz torpaqlarını qoruyan azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün bizi qınadılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyada keçirilən konfransında söyləyib. Dünyadakı ikili standartları kəskin şəkildə tənqid edən dövlət başçısı vurğulayıb ki, Türkiyəni öz yolundan heç kim döndərə bilməz.

Ardını oxu »

Ordumuzla bağlı video, foto və məlumatların yayılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur

Azərbaycan Respublikasının Baş Prokurorluğu mövcud müharibə vəziyyətini nəzərə alaraq, sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin bununla bağlı hazırladığı və ictimaiyyətə təqdim etdiyi videoçarxda Azərbaycan Ordusunun əməliyyatlarına dair video, fotoşəkil və informasiyaların paylaşılmamasının yolverilməz olduğu bildirilib. Qeyd edilib ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı üçün təhlükə yaradır.

Ardını oxu »

Prezident: “Bizim cavabımız çox adekvat oldu”

Prezident: "Bizim cavabımız çox adekvat oldu"<b style="color:red"></b>

“Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində bildirilb.

Ardını oxu »

Fransa Türkiyədəki səfirini geri çağırdı

Fransa Türkiyədəki səfirini geri çağırdı<b style="color:red"></b>

Fransan Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb.

APA-nın yerli bürosunun “Anadolu” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, səfirliyin yaydığı açıqlamada bildirilib ki, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb.

Ardını oxu »

Ərdoğan: “Biz qəbilə dövləti deyilik, Türkiyəyik”

Ərdoğan: “Biz qəbilə dövləti deyilik, Türkiyəyik”<b style="color:red"></b>

“Qafqazda azərbaycanlı qardaşlarımızın yanında yer aldığımız üçün günahlandırılırıq. Bəzi amerikalılar buna görə bizi sanksiyalarla hədələyirlər. Gecikməyin, nə edirsiniz, edin. Biz qəbilə dövləti deyilik, Türkiyəyik, Türkiyə”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında deyib.

Ardını oxu »

“Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir”

"Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir"<b style="color:red"></b>

Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, bunun nəticəsində günahsız insanlar həlak olublar.

Ardını oxu »

“Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir”

 "Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir"<b style="color:red"></b>

“Bu, tamamilə qəbuledilməzdir. Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir”.

APA xəbər verir ki, bu fikirlər Ombudsman Aparatının açıqlamasında deyilir. Bildirilir ki, Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur:

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 54
  • 25
  • 388
  • 1,645
ILK-10 Azeri Website Directory