Oktyabr 26, 2020

Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə görüşəcək<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın birgə görüşü keçiriləcək.

Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib. Məlumata görə, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşəcəklər.

Ardını oxu »

Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi

Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev erməni icmasına müraciət edib.

APA müraciəti təqdim edir: “Salam, Azərbaycan Respublikasının işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşları! Mən sizə Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsinin həyətindən müraciət edirəm!

Ardını oxu »

Ermənistan PKK terrorçularına Azərbaycanın hərbi formasını geyindirir

Ermənistan PKK terrorçularına Azərbaycanın hərbi formasını geyindirir<b style="color:red"></b>

Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, PKK terrorçularından ibarət qruplar Dağlıq Qarabağın Şuşa şəhərinə yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, sözügedən PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr, ermənilərin əsl Azərbaycan əsgərlərində bu şəkildə çaşqınlıq yaratmağı hədəflədiklərini və həmin terrorçular öldürüldükdə Azərbaycan ordusu tərəfindən Suriyadan gətirilən muzdlu olduqlarını iddia edəcəklərini bildirirlər.

Ardını oxu »

Hikmət Hacıyevdən ermənilərin Ordumuzun geyimlərindən istifadə etməsinə dair açıqlama

Hikmət Hacıyevdən ermənilərin Ordumuzun geyimlərindən istifadə etməsinə dair açıqlama <b style="color:red"></b>

“Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistan Müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan Müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir”.

Ardını oxu »

“Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin?

“Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin?<b style="color:red"></b>

“1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradıldı. Minsk Qrupunun fəaliyyəti göz qabağındadır”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, Minsk Qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər: 

Ardını oxu »

Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır

Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır<b style="color:red"></b>

“Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bildiririk ki, Azərbaycan əldə edilmiş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir”, – deyə məlumatda qeyd olunub.

Ardını oxu »

Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı

Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı<b style="color:red"></b>

Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Ardını oxu »

“Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”

“Bizdə dəqiq məlumat ver ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib. Dövlət başçısı qeyd edib ki, sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir: 

Ardını oxu »

Ermənistanın humanitar atəşkəs rejimini növbəti dəfə pozması ilə əlaqədar ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlanıb

İctimai Liderlər Platforması Ermənistanın humanitar atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozması ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa, Rusiya Prezidenti Vladimir Putinə və Fransa Prezidenti Emanuel Makrona müraciət ünvanlayıb. AZƏRTAC müraciəti təqdim edir.
“Hörmətli prezidentlər, bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatların sizin birbaşa təşəbbüsünüzlə humanitar atəşkəs zəminində dayandırılması haqqında 10, 18 və 26 oktyabr tarixlərində Ermənistan və Azərbaycan arasında razılıq əldə olunmuşdur.

Ardını oxu »

Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində səsləndirib.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 57
  • 26
  • 391
  • 1,648
ILK-10 Azeri Website Directory