Oktyabr 27, 2020

Ərdoğan: “Terror təhlükəsi aradan qaldırılıb”

Ərdoğan: “Terror təhlükəsi aradan qaldırılıb”<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində İsgenderun rayon mərkəzində törədilən terror aktına mövqe bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, R.T.Ərdoğan rəsmi “Twıtter” səhifəsində yazıb ki, Hatayda baş verən terror hadisəsi Türkiyənin təhlükəsizlik qüvvələrinin apardıqları uğurlu əməliyyat nəticəsində qəhrəmanlıqla aradan qaldırılıb:

Ardını oxu »

Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır<b style="color:red"></b>

27 oktyabr 2020-ci il tarixində Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasim baş tutub.

Ardını oxu »

Elçin Əmirbəyov: “Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir”

Elçin Əmirbəyov: “Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir”<b style="color:red"></b>

“Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir”.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Al Jazeera” televiziya kanalının xəbərlər proqramının birbaşa efirində deyib.

Ardını oxu »

Qondarma “DQR”in “müdafiə naziri” yaralandı

Qondarma "DQR"in "müdafiə naziri" yaralandı <b style="color:red"></b>

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Cəlal Arutunyan yaralanıb.

APA-nın “Sputnik Armeniya”ya istinadən xəbərinə görə, bu barədə seperatçı rejimin rəhbəri Araik Arutunyan məlumat verib.

Ardını oxu »

Qarabağ regionunun gələcəyi barədə Prezidentdən açıqlama

Qarabağ regionunun gələcəyi barədə Prezidentdən açıqlama<b style="color:red"></b>

“Bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, – gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir”.

Ardını oxu »

Prezident İlham Əliyev Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb

Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr – İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Ardını oxu »

Prezident İlham Əliyev: Əgər Ermənistan atəşkəsi pozmağa davam etsə, biz adekvat cavab verməyə məcbur olacağıq

Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub. Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla pozdu. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.

Ardını oxu »

Azərbaycan Prezidenti: Təəssüf edirəm ki, bizə qarşı əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur

Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə əsassız ittihamları cəmi iki ölkə iki – Fransa və Rusiya irəli sürüb.

Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib.

Ardını oxu »

İlham Əliyev xalqa müraciət edib

003

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin müraciəti

– Əziz həmvətənlilər. Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 72
  • 29
  • 406
  • 1,663
ILK-10 Azeri Website Directory