Oktyabr 28, 2020

Mehriban Əliyeva Bərdəyə raket atılması ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva Bərdəyə raket atılması ilə bağlı paylaşım etdi<b style="color:red"></b>

Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.

“Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.

Ardını oxu »

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Ardını oxu »

2000 PKK, YPG terrorçusunun Qarabağda döyüşdüyünü müəyyənləşdirmişik”

2000 PKK, YPG terrorçusunun Qarabağda döyüşdüyünü müəyyənləşdirmişik”<b style="color:red"></b>

“Bizi ittiham edirlər ki, guya biz Suriyadan Qarabağa döyüşçü göndəririk. Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

Ardını oxu »

Cənab Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!

Cənab Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!<b style="color:red"></b>

Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır! Nəsillərdən bizə miras qalan ən ülvi hislərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyırıq.

Ardını oxu »

Bərdənin qisası alındı: Azərbaycan Ordusu düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib

Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.
AZƏRTAC ordumuzun bölmələrinin dəqiq zərbələri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edildiyinə dair videogörüntüləri təqdim edir.

Ardını oxu »

Düşmən Bərdəni yenidən raketlərlə atəşə tutub

Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdəni raket atəşinə tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, humanitar atəşkəsi kobudcasına pozmaqda davam edən düşmən Bərdəyə bir neçə raket atıb.

Ardını oxu »

Belarusun səfiri Gəncəyə səfər edib

Oktyabrın 28-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Gəncəyə gəlib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, səfir Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən erməni terrorunun izləri ilə tanış olub, dağılmış evlərə baxıb.

Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar

Ardını oxu »

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.

Ardını oxu »

“Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” sənədli material xarici KİV-lərdə

Türkiyənin “Alternatiftarih” portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur “Saadaonlaine” portalı, Misirin populyar “Əl-Vəsilə”, “Nile Nyus”, “Əl-Braq Nyus”, “Dmc Nyus”, İraqın “İraq Nyus” xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” sənədli materialın yayımına başlayıb.

Ardını oxu »

Azərbaycan Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurulması ilə bağlı yaydığı məlumatları təkzib edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 57
  • 26
  • 391
  • 1,648
ILK-10 Azeri Website Directory