Oktyabr 29, 2020

Kamran Əliyev: Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək

Ermənistan daim sakinlərə qarşı atəş açmaq, terror törətməklə məşğul olub. Bunu bu gün Azərbaycanda olan diplomatik korpus nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Gəncə, Bərdə və digər ərazilərdə Ermənistan silahlı qüvvələrinin dinc sakinləri atəşə tutması ilə bağlı cinayət işlərinin istintaqı davam etdirilir.

Ardını oxu »

Prezident İlham Əliyev: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın

Mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib. Baza prinsiplərində iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr olduğunu xatırladan dövlətimizin başçısı deyib:

Ardını oxu »

Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı sabaha dəyişdirildi

Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı sabaha dəyişdirildi<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinin səfərinin vaxtı sabaha dəyişdirilib.

APA-nın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinə istinadən verdiyi xəbərə görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.

Ardını oxu »

Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi

Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi<b style="color:red"></b>

Günlərdir törətdikləri vəhşilikləri utanmadan danan Şuşan Stepanyan tutarlı cavabını aldı.

“Report”un xəbərinə görə, oktyabrın 28-də düşmənin Bərdəyə zərbə endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tvitter hesabında bunu danaraq, “cəfəngiyyat və yalan” olduğunu yazmışdı. Nüfuzlu Sueddeutsche Zeitung (SZ) nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.

Ardını oxu »

Hikmət Hacıyev: “Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar”

Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"<b style="color:red"></b>

“Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Ardını oxu »

Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümü qeyd edilib

Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümü qeyd edilib<b style="color:red"></b>

Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunan tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, şəhər rəhbərliyinin nümayəndələri, şəhər ictimayyəti, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Mehriban Əliyeva Türkiyəni təbrik etdi

Mehriban Əliyeva Türkiyəni təbrik etdi<b style="color:red"></b>

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”da Türkiyə xalqının Respublika Günü münasibəti ilə paylaşım edib.

Paylaşımda deyilir: “Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Ardını oxu »

Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi

Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi<b style="color:red"></b>

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Ardını oxu »

İlham Əliyev Ərdoğana zəng edib

İlham Əliyev Ərdoğana zəng edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib.

Ardını oxu »

Rusiyanın və Fransanın Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər

Oktyabrın 28-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə Fransanın Avropa və Xarici İşlər naziri Jan-İv le Drian arasında telefon söhbəti olub.
AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti ətraflı müzakirə edib, arası kəsilməyən genişmiqyaslı döyüş əməliyyatları ilə əlaqədar ciddi narahatlıq keçirdiklərini bildirib, qarşıdurma vəziyyətində olan tərəfləri atəşi tezliklə və tamamilə dayandırmağa, gərginliyi aradan qaldırmağa çağırıblar.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 60
  • 28
  • 394
  • 1,651
ILK-10 Azeri Website Directory