Noyabr 1, 2020

Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb

Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürülüb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən əldə edilən silah və sursatın videogörüntüsünü təqdim edir.

Ardını oxu »

Ermənistan ordusunun “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edilib

Əldə edilən məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib.
AZƏRTAC xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.
Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Ardını oxu »

Prezident Rəcəb Tayyib Ərdoğan: Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq

Türkiyə olaraq haqqın və ədalətin yanındayıq. Həyata keçirdiyimiz mücadiləni uğurla davam etdirməyimiz sayəsində Türkiyə dünya siyasətində və iqtisadiyyatında güclülər arasında yer alacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın Samsun təşkilatının konfransında söyləyib.

Ardını oxu »

İzmirdəki zəlzələdən ölənlərin sayı 60 nəfərə çatıb

İzmirdəki zəlzələdən ölənlərin sayı 60 nəfərə çatıb -<b style="color:red">Yenilənib</b>

İzmirdəki zəlzələdən ölənlərin sayı 60 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İzmir Böyük Şəhər Bələdiyyə sədri Tunç Soyer bildirib.

Ardını oxu »

“Əgər Ermənistan öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək”

“Əgər Ermənistan öz çirkin əməllərindən əl çəkərsə, o zaman atəşkəs təmin ediləcək”<b style="color:red"></b>

“Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Ardını oxu »

Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verib

Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verib<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə, habelə meşə massivlərində yanğınlar törətməkdə davam edir.

Ardını oxu »

Ceyhun Bayramov Mevlud Çavuşoğlu ilə görüşdü

Ceyhun Bayramov Mevlud Çavuşoğlu ilə görüşdü<b style="color:red"></b>

1 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun Bakıya işgüzar səfəri çərçivəsində Türkiyəli həmkarı ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Ardını oxu »
Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 57
  • 26
  • 391
  • 1,648
ILK-10 Azeri Website Directory