Noyabr 2, 2020

Baş Nazirin müavini Əli Əhmədov Türkiyənin sabiq Baş Naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının sabiq Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov bu səfəri iki ölkə arasında yüksək səviyyəli əlaqələrin nümunəsi kimi dəyərləndirib.

Ardını oxu »

Cəbhədə noyabrın 2-nə olan son vəziyyət

Noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Ardını oxu »

İzmirdə 14 yaşlı qız 58 saat sonra dağıntılar altından sağ çıxarılıb

İzmirdə baş verən zəlzələ nəticəsində dağıntılar altından qalan 14 yaşlı İdil Şirin adlı qız 58 saat sonra sağ çıxarılıb.
AZƏRTAC xəbər verir ki, təcili xəstəxanaya yerləşdirilən İdil Şirin dağıntılar altından yaralı olaraq xilas edilən 105-ci insan olub.
Artıq bir neçə gündür sosial mediada İdil və qardaşının dağıntılar altında olduğu, onlardan heç bir xəbər alınmadığı bildirilirdi.

Ardını oxu »

Şamaxı rayonunun Rus icmasından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı.
Biz sülhpərvər insanlarıq, gözləyir və ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi.
İndi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz Ordusunun iştirakı ilə şanlı tarix yazır. Azərbaycan haqq yolundadır, haqq işi uğrunda mübarizə aparır.

Ardını oxu »

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb

İzmirdə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan 3 yaşlı Elif Perinçek 65, 14 yaşlı İdil Şirin isə 58 saat sonra sağ çıxarılıb.
AZƏRTAC xəbər verir ki, təcili xəstəxanaya yerləşdirilən Elif dağıntılar altından yaralı olaraq xilas edilən 106-cı nəfər olub.
Artıq bir neçə gündür sosial mediada İdil və bacısının dağıntılar altında olduğu, onlardan heç bir xəbərin alınmadığı bildirilirdi. Elif xilas edilsə də, bacısı həlak olub.

Ardını oxu »

“Sosial məsuliyyətsizlik yoluxma sayının artmasına gətirib çıxarıb”

"Sosial məsuliyyətsizlik yoluxma sayının artmasına gətirib çıxarıb"<b style="color:red"></b>

“İnsanların sosial məsuliyyətsizliyi, qaydalara əməl etməməsi, “artıq COVID bitdi” düşüncəsində olması koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb. Bununla da son 1-2 ayın məsuliyyətsizliyinin nəticəsini biz bu gün yaşayırıq”. 

Bunu APA-ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, mütləq şəkildə ön cəbhəni düşünüb arxa cəbhədə bir olmalıyıq ki, ön cəbhədəkilərin fikri arxada qalmasın: 

Ardını oxu »

Məktəb direktorları ilə onlayn görüş

Məktəb direktorları ilə onlayn görüş<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, görüşdə BŞTİ-nin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan BŞTİ-nin sektor müdiri Fuad Babayev Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq noyabrın 2-dən tədrisin distant qaydada təşkil olunmasında məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. 

Ardını oxu »

İsveçrə şirkəti Vejnəli qızıl yatağından qanunsuz gəlir əldə edib

İsveçrə şirkəti Vejnəli qızıl yatağından qanunsuz gəlir əldə edib<b style="color:red"></b>

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.

Ardını oxu »

İlham Əliyev bir sıra türkdilli dövlət qurumlarının rəhbərlərini qəbul etdi

İlham Əliyev bir sıra türkdilli dövlət qurumlarının rəhbərlərini qəbul etdi - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edib.

Ardını oxu »

Müdafiə Nazirliyi cəbhədə olan son vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədə olan son vəziyyətlə bağlı məlumat yaydı<b style="color:red"></b>

Noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Ardını oxu »
Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 72
  • 29
  • 406
  • 1,663
ILK-10 Azeri Website Directory