Yanvar 2021

İnsan orqanizmində koronavirusa qarşı təbii qoruma hormonu tapılıb

İnsan orqanizmində koronavirusa qarşı təbii qoruma hormonu tapılıb<b style="color:red"></b>

“Ağciyərlərdə əmələ gələn melatonin hormonu koronavirusa qarşı maneə rolunu oynayır”.

525.az APA-ya  istinadən xəbər verir ki, Braziliyanın San Paulo Universitetinin alimləri bu nəticəyə gəlib.

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, melatonin giriş nöqtələrində – burun və ağciyər yollarındakı hüceyrələrdə zülalları kodlayan genləri virusun zədələməsinin qarşısını alır.

Ardını oxu »

Əmək kitabçaları dövriyyədən çıxarılacaq

Əmək kitabçaları dövriyyədən çıxarılacaq<b style="color:red"></b>

“2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına başladıq”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

Ardını oxu »

“Cənubi Qafqazda sülh və sabitlik hər kəsin faydasınadır”

“Cənubi Qafqazda sülh və sabitlik hər kəsin faydasınadır”<b style="color:red"></b>

“Cənubi Qafqazda sülh və sabitlik hər kəsin faydasınadır”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Cənubi Qafqazda atəşkəs əldə edilib.

Ardını oxu »

Tovuz: Bir vaxtlar 120 min ton üzüm verən Tovuz əvvəlki ənənəsini bərpa etmək niyyətindədir

Məmməd Məmmədov Tovuza rəhbər təyin olunduğu vaxtdan ən çox diqqət yetirdiyi sahələrdən biri də üzümçülüyün inkişaf etdirilməsidir.

İcra hakimiyyətinin başçı­sı ən müxtəlif yığıncaqlarda, müşavirələrdə, fermerlərlə vaxtaşırı görüşlərində, üzüm sahələrində adamlarla apardığı söhbətlərdə dönə-dönə qeyd edir ki, Tovuzda üzümçülüyün əvvəlki şöhrətini bərpa etmək lazımdır və buna imkan da var, şərait də. Belə bir vacib məsələ diqqətə çatdırılır ki, vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir.

Ardını oxu »

İlham Əliyev qətiyyətinin təntənəsi

Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı.

Ardını oxu »

Mikayıl Cabbarov: Ötən il sahibkarlara 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb

Keçən il sahibkarlara 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Ardını oxu »

Kənd rayonlarının təhsil müəssisəsində çalışan gənc mütəxəssislərə 90 manat kompensasiya veriləcək

Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün kompensasiyanın həcmi artırılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına müvafiq dəyişiklik edib.

Ardını oxu »

Valideynlərini itirmiş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması üçün qərar qəbul edilib

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin qərarına müvafiq dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Ardını oxu »

Sosial kartlar ləğv olunacaq

sosial-kartlar-legv-olunacaq

Azərbaycanda sosial kartlar ləğv olunacaq.

“İki sahil” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Ardını oxu »

Restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək

Restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək<b style="color:red"></b>

“Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”.

525.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

Ardını oxu »
Arxiv
Təqvim
Yanvar 2021
S M T W T F S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 1,126
  • 225
  • 7,652
  • 21,985
ILK-10 Azeri Website Directory