Fevral 2021

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib

Hörmətli cənab Prezident,

Əziz Qardaşım!

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir.

Ardını oxu »

Soyuq günlərin isti içkiləri

Soyuq havalı günlərdə isti içkilər qəbul etmək çox faydalıdır. Yeməkdən bir müddət sonra qəbul edilən isti içki, o cümlədən çay infarkt, beyin-damar xəstəlikləri riskini azaldır. Xüsusən yaşıl çayda olan antioksidantlar yaddaşsızlığa səbəb olan fermentin aktivləşməsinin qarşısını alır. Lakin qeyd etmək lazımdır ki, yaşıl çayın tərkibində kofein mövcud olduğundan həkimlər gün ərzində iki fincandan artıq içməyi məsləhət görmürlər.

Ardını oxu »

Şəhid qanı axan torpaq müqəddəsdir!

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilərək tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Onlardan bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur.  Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə də belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılırlar.

Ardını oxu »

Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub

Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, körpələrdən 3300-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,4), Quba-Xaçmaz (14,5), Kəlbəcər-Laçın (14,4), Lənkəran (14,1), Aran (14,0), Yuxarı Qarabağ (13,2) və Şəki-Zaqatala (13,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Ardını oxu »

Gürcüstanda dövlət bayraqları endirilib

Fevralın 25-də Gürcüstanın sovet imperiyası tərəfindən işğalının 100-cü ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Ardını oxu »

Samux: Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar ilə əlaqədar olaraq Samux Rayon Təhsil Şöbəsində videokonfrans keçirilib.
Videokonfransda Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım Həsənova və əməkdaşları, ümumi təhsil məktəblərinin rəhbərləri və şagirdləri iştirak edib.
Tədbirin əvvəlində Xocalı soyqırımına həsr olunmuş video – çarx nümayiş olunub və  Xocalı soyqırımında həlak olanların xatirəsi 1  dəqiqəlik sükutla yad edilib.

Ardını oxu »

Ermənistan 340 milyon dollar dəyərində mina basdırıb

Ermənistan 340 milyon dollar dəyərində mina basdırıb<b style="color:red"></b>

“Dağlıq Qarabağ uğrunda keçən payızda başlayan Ermənistan-Azərbaycan müharibəsinin bitməsindən dörd ay keçir. Ermənistan böyük hərbi-texniki üstünlüyə malik olan Azərbaycan ordusunun sürətli hücumunu dayandıra bilmədiyi üçün çətin şərtlərdə sülh bağlamaq məcburiyyətində qaldı. O vaxtdan regionda təxminən iki minlik Rusiya sülhməramlı kontingenti tərəfindən təmin olunan atəşkəs rejimi hökm sürür”.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dmitri Vinoqradov “Svobodnaya pressa”da nəşr olunan “Qarabağın ucsuz-bucaqsız mina sahəsi. Ermənistan yüz milyonlarla dolları boş yerə xərclədi” adlı məqaləsində yazır.

Ardını oxu »

Moskvada Xocalı qurbanları yad edilib

Moskvada Xocalı qurbanları yad edilib<b style="color:red"></b>

Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) “Alef” Yəhudi Gənclər Təşkilatı ilə birlikdə Xocalı və Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirib.

525.az APA-ya istinadən xəbər verir ki, “Tarixin dərsləri və bəşəriyyətə qarşı törədilən cinayətlərin vaxtında qarşısının alınmasında müasir gənclərin rolu” mövzusunda keçirilən konfrans Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Ardını oxu »

Cəbrayılda daha bir mülki şəxs minaya düşüb

Cəbrayılda daha bir mülki şəxs minaya düşüb<b style="color:red"></b>

Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon prokurorluğundan 525.az-a verilən məlumata görə, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Ardını oxu »

Azərbaycanlı şairin Rəcəb Tayyib Ərdoğana ad günü hədiyyəsi

Azərbaycan və Türkiyə eyni tarixi, eyni dili və mədəniyyəti bölüşən bir millətin iki dövlətidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin getdikcə güclənməsi, dünyada söz sahiblərindən biri olması bizi də sevindirir, gücümüzə güc qatır. Qarabağ münaqişəsi başlandığı gündən Türkiyə həmişə yanımızda olub. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəsmilərinin, türk xalqının birmənalı siyasi-mənəvi dəstəyi Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynayıb.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 55
  • 9
  • 18,886
  • 34,192
ILK-10 Azeri Website Directory