Fevral 1, 2021

Xoşbəxtəm ki, ərazi bütövlüyümüzün bərpasında müzəffər ordunun qalib əsgəri kimi mənim də payım var

xoshbextem-ki-erazi-butovluyumuzun-berpasinda-muzeffer-ordunun-qalib-esgeri-kimi-menim-de-payim-var

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərimizin vətənpərvər ruhunda tərbiyə olunması  mənsub olduğumuz xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin bir növ rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır və yaşadır.

Ardını oxu »

Medvedev: Qarabağ məsələsi Türkiyə ilə də müzakirə olunmalıdır

medvedev-qarabag-meselesi-turkiye-ile-de-muzakire-olunmalidir

Qarabağ nizamlanması Türkiyə ilə də müzakirə olunmalıdır, bölgənin reallıqları belədir.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Həm də Azərbaycan üçün çox yaxın ölkədir. Bu amil nəzərə alınmaya bilməz”, – deyə Medvedev əlavə edib.

Ardını oxu »

Gənclərin düzgün istiqamətləndirilməsi ölkənin güclü gələcəyinə xidmət edir

genclerin-duzgun-istiqametlendirilmesi-olkenin-guclu-geleceyine-xidmet-edir

Gənclərin stimullaşdırılması, onların bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsi ölkənin güclü gələcəyinə xidmət edən amillərdəndir

“İki sahil” Milli Məclisin deputatı Emin Hacıyevin yap.org.az saytına verdiyi müsahibəni təqdim edir.

-Emin müəllim, məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin Sərəncamı ilə hər il 2 fevral tarixi ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Sizcə, Gənclər Gününün təsis edilməsinin Azərbaycan gəncliyinin inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?

Ardını oxu »

TƏBİB: Koronavirusun yeni ştammı Azərbaycanda qeydə alınmayıb

“WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur. Bu məsələyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) münasibət bildirib.

Ardını oxu »

Düşmən təxribatı zamanı Cocuq Mərcanlıda dağılan 45 ev yenidən bərpa olunur

Qırx dörd günlük Vətən müharibəsində düşmən təxribatına məruz qalan yaşayış yerlərimizdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmilər burada bir çox dağıntılara səbəb olub. Hazırda yarasız hala düşən evlərin bərpasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cocuq Mərcanlı kəndində 45 ev və bir ədəd ictimai iaşə obeyktində dağıntı qeydə alınıb. Hazırda ərazidə tikinti-bərpa işləri davam edir.

Ardını oxu »

Sahibə Qafarova: Prezident İlham Əliyevin liderliyi və müdrik dövlət siyasəti ölkəmizi qələbədən-qələbəyə aparır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi və müdrik dövlət siyasəti ölkəmizi qələbədən-qələbəyə aparır.

AZƏRTAC xəbər ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında deyib.

Ardını oxu »

Milli Məclisin sədri: Parlament ötən dövrdə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib

Möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik müstəvisində dəstəkləmək üçün Milli Məclis bütün tədbirləri görüb. Parlament ötən dövrdə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının bu gün keçirilən plenar iclasında deyib.

Ardını oxu »

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı <b style="color:red"></b>

Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb.

525.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən işğaldan azad olunmuş bütün bölgələr üzrə telekommunikasiya infrastrukturunun bərpası istiqamətində hazırda şərait olan ərazilərdə müvafiq xidmətlər təşkil olunur, rabitə infrastrukturu qurulur, xidmətlər göstərilir. 

Ardını oxu »

Yeni növ qaz sayğaclarının quraşdırılmasına başlanılıb

Yeni növ qaz sayğaclarının quraşdırılmasına başlanılıb<b style="color:red"></b>

“Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayıb.

İB-dən 525.az-a verilən məlumata görə, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib.

Ardını oxu »

Parlamentin yaz sessiyasının ilk plenar iclası başlayıb

Parlamentin yaz sessiyasının ilk plenar iclası başlayıb<b style="color:red"></b>

Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk plenar iclası başlayıb.

525.az-ın məlumatına görə, spiker Sahibə Qafarova iclası açıq elan edib. Azərbaycanın Respublikasının Dövlət himni səsləndirilib. Yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 19 məsələ daxil edilib.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,123
  • 224
  • 7,649
  • 21,982
ILK-10 Azeri Website Directory