Fevral 3, 2021

Fabrizio Di Amato: Biz Azərbaycanı doğma ölkə hesab edirik

Hazırda Azərbaycanda bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amato Prezident İlham Əliyevlə videoformatda görüş zamanı bildirib.

Ardını oxu »

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.

Ardını oxu »

Pənahəli xanın sarayı və İmarət qəbiristanlığı erməni vandalizminə məruz qalıb

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

Ardını oxu »

Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Rusiya ilə sərhədlərin açılması bu axını daha da sürətləndirib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, təkcə cari ilin yanvarında 10 minə yaxın erməni Rusiya, Ukrayna və digər ölkələrə üz tutub. Ukraynaya getmək istəyənlər müəyyən problemlərlə üzləşiblər. Onların bəziləri ya geri qayıdıb, ya da başqa ölkələrə üz tutublar.

Ardını oxu »

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq prinsiplərinə əsaslanır”

"Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq prinsiplərinə əsaslanır"<b style="color:red"></b>

“Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Dünyada elə bir dövlətlər yoxdur ki, Azərbaycanla Türkiyə qədər bir birinə yaxın olsun. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik”. 

Ardını oxu »

Qeyri-adi muzeylər – Aytac Sahəd

Qeyri-adi muzeylər - <b style="color:red">Aytac Sahəd</b>

Aytac SAHƏD

Muzeyləri tarixin varisi adlandırsaq, yəqin ki, yanılmarıq. Muzeylər sahib olduğu eksponatlarla əsrlər arasında körpü yaradan bir məkandır. Zaman keçdikcə bütün sahələrdə olduğu kimi, bu sahədə də yeni ideyalar və fəaliyyət istiqamətləri yaranır. Yenilik isə həm də fərqlilik, qeyri-adilik deməkdir. Gəlin, dünyanın belə qeyri-adi muzeylərindən bir neçəsinə səyahət edək.

Ardını oxu »

Fevral ayı – İsfəndiyar Vahabzadə Bəxtiyar Vahabzadəni anır

Fevral ayı - <b style="color:red">İsfəndiyar Vahabzadə Bəxtiyar Vahabzadəni anır</b>

İsfəndiyar VAHABZADƏ

İl var bir günə dəyməz,
Gün var min aya dəyər

Bayatı

Hər ayın, hər fəslin öz gözəlliyi, öz kədərli, qəmli, eyni zamanda, sevincli, gülüşlü, özünəməxsus xatirələri var. Bir ayın üstündə dayanıb onu hey qaralamaq olmaz ki, “bu ay mənə düşmür”, “bu ay pisdir” və yaxud da yeri oldu-olmadı, elə hey bir ayı da tərifləmək olmaz ki, “bu ay mənə düşür, bu ay yaxşı aydır”.

Ardını oxu »

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana 10 minaaxtaran it hədiyyə edib

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana 10 minaaxtaran it hədiyyə edib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.

Ardını oxu »

Rusiya Azərbaycanla hava əlaqəsini bərpa edir

Rusiya Azərbaycanla hava əlaqəsini bərpa edir<b style="color:red"></b>

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.

525.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

“15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) və Ermənistanla (Moskva – İrəvan, həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib”, – açıqlamada deyilir.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,118
  • 222
  • 7,644
  • 21,977
ILK-10 Azeri Website Directory