Fevral 4, 2021

Ağstafa: “Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib”

“Hesab edirəm ki, bütövlükdə artıq başa çatmaq üzrədir. Çünki ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir”.

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxana tikintisi proqramının icrasının davam etdirilib-etdirilməyəcəyinə dair suala cavabında deyib.

Ardını oxu »

Ermənistan ordusunun polkovniki rüşvətə görə tutulub

Ermənistan ordusunun polkovniki rüşvətə görə tutulub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin polkovniki rüşvətə görə tutulub.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polkovnik 2020-ci il sentyabrın 13-də əsgər D.G.-nin anasından hərbi qulluqçunun başqa hərbi hissəyə köçürülməsi üçün 2 min dollar (975 min dram) tələb edib. Polkovnik hərbi xidmətə çağırılan başqa bir əsgəri Qarabağda döyüşlərdə iştirak edən hərbi hissəyə göndərməmək üçün vasitəçi ilə noyabrın 7-də əsgərin valideynlərindən 2500 dollar (987 min dram) tələb edib və növbəti gün o, 2 min dollar alıb.

Ardını oxu »

Minatəmizləmə Agentliyinin İdarə Heyətinə sədr təyin edildi – SƏRƏNCAM

Minatəmizləmə Agentliyinin İdarə Heyətinə sədr təyin edildi - <b style="color:red">SƏRƏNCAM</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Süleymanovun Minatəmizləmə Agentliyinin İdarə Heyətinin Sədri təyin edilməsi barədə sərəncam imzalayıb.

525.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Ardını oxu »

Bütün yeni yollar Qarabağdan keçir

Dörd ay öncə bütün dünya Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarını diqqətlə izləyirdi. İndi isə hamının diqqəti ölkəmizin Qarabağı dirçəltmək üçün gördüyü işlərə yönəlib.

Axı, adətən müharibələrdən sonra bərpa-quruculuq işləri ön plana keçir. Bu proses ölkəmiz üçün ikiqat önəmlidir. Çünki biz erməni işğalçılarının viran qoyduğu ərazilərdə bərpa-quruculuq işlərini aparmaqla, həm də dünyaya Qarabağın kimə məxsus olduğunu göstəririk.

Ardını oxu »

İlham Əliyev növbəti 10 il üçün Milli Prioritetləri təsdiq etdi

Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit

Son 17 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, ölkədə geniş sosial infrastruktur yaradılmış, əhalinin sayı artmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. Maliyyə imkanlarının artması Azərbaycanı yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmləndirmişdir.

Ardını oxu »

Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi ili” çərçivəsində videokonfrans olmuşdur

Gəncə Dövlət Universitetində (GDU) “Microsoft Teams” proqramı vasitəsilə “Nizami Gəncəvi ili” adlı onlayn şəkildə videokonfrans keçirilmişdir.

 Tədbirdə Milli Məclisin deputatı, universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə məruzə ilə çıxış edərək demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi GDU-nun professor-müəllim heyəti tərəfindən də razılıqla qarşılanmışdır. Məruzəçi Prezident İlham Əliyevin bu sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Ardını oxu »

Mingəçevirdə xoş ovqat yaşanır

İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin əsas strateji hədəfləri sırasında ölkəmizin enerji regionu olan Mingəçevir də var idi. 44 gün davam edən müharibə zamanı mənfur düşmən şəhəri dəfələrə raket, artilleriya atəşlərinə məruz qoymuşdu.

Ardını oxu »

Müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq

muharibe-noyabrin-10-da-dayandi-ve-biz-dekabr-ayindan-payiz-ekinine-bashlamishiq

“Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim”

“Yaşayış məntəqələrinə gəldikdə, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik”.

Ardını oxu »

Goranboy: Vətən Müharibəsi Şəhidlərinin doğum günündə ailəsi ziyarət edildi

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fəxralı kəndində  Vətən Müharibəsi Şəhidi mayor  Quliyev İlqar Akif oğlunun doğum günü ilə əlaqədar, onun ailə üzvləri və rayon ictimaiyətinin fəalları ilə birgə Şəhidin məzarını ziyarət etdi, ruhuna dualar oxundu.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 23
  • 7
  • 8,763
  • 14,915
ILK-10 Azeri Website Directory