Fevral 5, 2021

İlham Əliyev Azərbaycanı yüksək texnologiyalar əsasında inkişaf edən ölkəyə çevirir

Azərbaycan Prezidenti İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrini və nümayəndə  heyətini videoformatda qəbul edərkən ölkə iqtisadiyyatının XXI əsrin üçüncü onilliyində yüksək texnologiyalar əsasında inkişaf edəcəyini bir daha təsdiq etdi. İqtisadiyyatın yüksək texnologiyalar əsasında inkişafını vacib sayan və hamıdan müasir tələblərlə ayaqlaşmağı tələb edən dövlət başçısı islahatların yeni mərhələsini növbəti dəfə önə çəkdi.

Ardını oxu »

İlham Əliyev yeni inkişaf hədəflərini müəyyən etdi

Azərbaycanın milli sosial-iqtisadi inkişaf xəttinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının yüksəlişi, əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır.

Əsası hələ ötən əsrin 90-cı illərində Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu prinsiplər sürətlə həyata keçirilib, dövrün tələblərinə uyğun olaraq yenilənib, ən əsası isə, qarşıya qoyulan hədəflərə inamla çatıb. Nəticə etibarilə həyatın bütün sahələrində, o cümlədən sosial-iqtisadi sferada köklü institusional dəyişikliklər, cəmiyyətin daha yüksək inkişaf pilləsinə yüksəlməsi baş verib.

Ardını oxu »

Rəhman Hacıyev: “Bu, böyük etimad və böyük məsuliyyətdir”

Rəhman Hacıyev: “Bu, böyük etimad və böyük məsuliyyətdir” <b style="color:red"></b>

Prezident İlham Əliyevin Sərəncamı ilə Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib. 2020-ci ilin iyulun 22-də dövlət başçısının sərəncamı ilə R.Hacıyev Azərbaycanın “Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

O, 1news.az xəbər portalının rəhbəridir.

Ardını oxu »

“Şuşa şəhəri tez bir zamanda özünün şöhrətini geri qaytaracaq”

"Şuşa şəhəri tez bir zamanda özünün şöhrətini geri qaytaracaq"<b style="color:red"></b>

“Hazırda qarşımızda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsidir. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra əsas missiyamız bundan ibarətdir”.

Ardını oxu »

Baş Prokurorluq sosial şəbəkə istifadəçisinə xəbərdarlıq etdi

Baş Prokurorluq sosial şəbəkə istifadəçisinə xəbərdarlıq etdi<b style="color:red"></b>

İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadını ictimailəşdirən şəxsə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış informasiyaların düzgünlüyünün yoxlanılması ilə bağlı dəfələrlə tövsiyyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir.

Ardını oxu »

Əyani tədrisin təşkili vəziyyəti

Əyani tədrisin təşkili vəziyyəti<b style="color:red"></b>

Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

Ardını oxu »

Göygöl: Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. 

Ardını oxu »

Zaqatala: Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir

Son 17 il ərzində ölkəmiz Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçmiş,  respublikada  həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş, ölkəmizin qarşısında yeni perspektivlər açmışdır.

Ardını oxu »

“Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 14
  • 6
  • 8,754
  • 14,906
ILK-10 Azeri Website Directory