Fevral 8, 2021

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb.

Ardını oxu »

Samux: Vətən müharibəsi qaziləri ilə videogörüş keçirilib

08.02.2021-ci il tarixdə YAP Samux rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsi qazilərilə videogörüş keçirilib.Videogörüşdə YAP Samux rayon təşklatı Gənclər Birliyinin üzvləri və Vətən müharibəsi qaziləri – Məmmədov Mülkədar(Samux şəhəri),Bayramov Elnur(Qarayeri qəsəbəsi),Mahmudov Elnur(Qarayeri qəsəbəsi)və Məmmədov Əli(Hacallı kəndi) iştirak edib.
Görüşdə qazilərimiz Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan danışıblar.

Ardını oxu »

Bu gündən ölkəmizdə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Bu gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır.

AZƏRTAC xəbər verir ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxtı bildiriləcək.

Ardını oxu »

Baş Prokurorluq: Üç nəfərin Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi, fevralın 7-də Füzuli rayon sakinləri Mehman Quliyevin, İlqar Əhmədovun və Müstəqim Ələsgərovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində olarkən İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99-NH-623 dövlət qeydiyyat nişanlı avtomobilin tank əleyhinə minaya düşərək partlaması faktı ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılıb.

Ardını oxu »

Prezidentin Şuşada xüsusi nümayəndəsi ilə görüş keçirilib

Prezidentin Şuşada xüsusi nümayəndəsi ilə görüş keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib.

Ardını oxu »

Milli qəhrəman M.İbrahimovun şərəfinə poçt markası buraxılıb

Milli qəhrəman M.İbrahimovun şərəfinə poçt markası buraxılıb<b style="color:red"></b>

“Azərbaycan -Ukrayna ” Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun təşəbbüsü ilə Azərbaycanın milli qəhrəmanı M.İbrahimovun şərəfinə poçt markası buraxılıb.

Alyansdan 525.az-a verilən məlumata əsasən, Ukraynada milli qəhrəmanın şərəfinə buraxılan poçt markası artıq istifadədədir.

Ardını oxu »

Qazdan istifadəyə görə vətəndaşlara SMS bildirişləri göndəriləcək

Qazdan istifadəyə görə vətəndaşlara SMS bildirişləri göndəriləcək<b style="color:red"></b>

“Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadəyə görə abonentlərə SMS bildirişlərin göndərilməsinə başlayır.

Birlikdən 525.az-a bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir. Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər.

Ardını oxu »

V-IX siniflər üçün ənənəvi tədris qismən başladı

v-ix-sinifler-uchun-enenevi-tedris-qismen-bashladi

Fevralın 8-dən  Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunur.

Şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.

Ardını oxu »

Tovuz rayon prokurorluğunun MƏLUMATI

tovuz-rayon-prokurorlugunun-melumati

Fevralın 8-də saat 01 radələrində Tovuz rayonu ərazisində 1984-cü il təvəllüdlü İlqar Məmmədova məxsus üzərində xəsarət izləri olan meyitin Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 18
  • 7
  • 8,758
  • 14,910
ILK-10 Azeri Website Directory