Fevral 9, 2021

Neftçala rayonunda vəzifə səlahiyyətindən istifadə edərək qanun pozuntusuna yol verən bələdiyyə sədri tutulub

Azərbaycanda həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Neftçala Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, həmin tədbirlərdən biri kimi, rayonun Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala Rayon Prokurorluğunda araşdırma aparılıb.

Ardını oxu »

Samux: Sakinlərin nəzərinə

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Samux rayonunda 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesinin fevralın 8-dən başlayaraq digər əhali qrupları arasında davam etdirilməsi nəzərdə tutulmuşdur. Peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan şəxslərin fevral ayının 8-dən başlayaraq öncədən randevu (onlayn növbənin götürülməsi) alması vacibdir.

Ardını oxu »

MEK “Nizami Gəncəvi-880” adlı növbəti videoslaydı təqdim edir

Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.

“Nizami Gəncəvi İli” çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Nizami Gəncəvi-880” adlı növbəti videoslayd hazırlanıb. Videoslayda  MEK-in Şərq ədəbiyyatı fondunda saxlanılan XX əsrin ən böyük şərqşünaslarından biri, SSRİ Dövlət mükafatı laureatı, Nizamişünas alim Yevgeni Eduardoviç Bertelsin (1890-1957) kolleksiyasından dahi şairi Nizami Gəncəvinin yaradıcılığına dair qiymətli kitablardan seçmələr daxil olub.

Ardını oxu »

Nazirlikdən əsirlikdən azad edilən Bayram Kərimovun ailəsinə dəstək

Nazirlikdən əsirlikdən azad edilən Bayram Kərimovun ailəsinə dəstək<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən Müharibəsi iştirakçısı, ötən ilin dekabr ayında Ermənistanın əsirliyindən azad edilən  Kərimov Bayram Yaşar oğlunu (Gəncə şəhəri) evində ziyarət ediblər.

Nazirlikdən 525.az-a verilən məlumata görə, ailənin sosial vəziyyəti öyrənilərkən qazinin atasının hazırda işlədiyi, qardaşının da artıq işə başlamaq ərəfəsində olduğu müəyyən olunub.  Əmək qabiliyyətli digər ailə üzvlərinin məşğulluq məsələlərinin həlli məqsədilə ailə  özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində onlar üçün kiçik ailə müəssisəsi yaradılacaq.

Ardını oxu »

İcra başçısı Vətən müharibəsinin qazaxlı şəhidi Taleh Abdullayevin doğum günündə ailəsini və məzarını ziyarət edib

2020-ci ili tariximizə Zəfər ili kimi yazdıran İkinci Qarabağ müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsi! 27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Qələbə ilə hərb tariximizə yazılan şərəfli 44 gün. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ölkəmizin dünya miqyasındakı reytinqini artırmaqla yanaşı, bir daha sübut etdi ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan tarixi ədaləti bərpa etdi.

Ardını oxu »

Ermənistan daha hərbi xidmət üçün Qarabağa əsgər göndərməyəcək

Ermənistan daha hərbi xidmət üçün Qarabağa əsgər göndərməyəcək<b style="color:red"></b>

Bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək.

525.az APA-ya istinadən verdiyi məlumata görə, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb.

Ardını oxu »

Zamanın tələbi olan islahatlar

Milli Məclis ötən bir ildə İlham Əliyevin inkişaf kursuna layiqli  töhfələr verib

Bir il öncə, fevralın 9-da Azərbaycanda VI çağırış parlamentə növbədənkənar seçkilər keçirildi. Bu seçkilər Prezident İlham Əliyevin davamlı inkişafa yönəlmiş islahatlarının tərkib hissəsi idi. Təbii ki, Milli Məclisdə də islahatlar aparılmalı və parlament qanunvericilik fəaliyyətini Prezidentin islahatlarının ruhuna uyğun qurmalıydı.

Ardını oxu »

Sahibkarlığın İnkişafı Fondu: Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit veriləcək

2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Kənan Nəcəfov deyib.

Ardını oxu »

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu – Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər.

Ardını oxu »

“Düşmənin itkisi bizimkindən iki dəfə çoxdur”

"Düşmənin itkisi bizimkindən iki dəfə çoxdur"<b style="color:red"></b>

“Düşmənin 30 il ərzində qurduğu müdafiə sistemini ordumuz dəqiq atəşlə məhv edib”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının fəaliyyətinin  işıqlandırılması məqsədilə N saylı hərbi hissəyə təşkil edilən səfər zamanı Raket və Artilleriya Qoşunları Komandanı general-mayor Ağamir Sultanov deyib.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,126
  • 225
  • 7,652
  • 21,985
ILK-10 Azeri Website Directory